SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
DTXK-nın Sumqayıt şəhər və Abşeron rayon şöbələri əməkdaşlarının, yerli icra hakimiyyəti və ərazi bələdiyyə nümayəndələrinin iştirak etdiyi müşavirədə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan torpaq islahatının ölkənin dinamik inkişafında mühüm rol oynadığı qeyd olunmuş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində yeni mülkiyyətçilər sinfinin formalaşmasında, işsizlik probleminin aradan qaldırılmasında, torpaq-əkinçi münasibətlərinin stimullaşdırılmasında qazanılan nailiyyətləri daha da dərinləşdirdiyi bildirilmişdir.
Tədbirdə artıq ikinci mərhələsi başlamış torpaq islahatının həyata keçirilməsində müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, bələdiyyələrin də üzərinə düşən məsuliyyət diqqətə çatdırılmış, regionlarda hüquqi əqdlərin bağlanması, müvafiq sənədlərin əldə edilməsi, yaranmış problemlərin, mübahisələrin və s. məsələlərin vaxtında həll edilməsi məqsədi ilə DTXK-nın regional torpaq qeydiyyatı mərkəzlərinin fəaliyyət göstərdiyi vurğulanmışdır.
Sonda bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşların ərizə və şikayətlərinə baxılmış, lazımi tövsiyələr verilmişdir.