Şəmkirdə 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO
Şəmkir, 31 iyul, AZƏRTAC
Şəmkir rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 35 yaşlı Azər Mustafayev saxlanılıb. Həmin şəxsdən 15 kiloqram marixuana və 4 kiloqram heroin aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. A.Mustafayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müxbir – Vüsalə Cənnətova