“Sən elə bir zirvəsən...” bədii qiraət müsabiqəsi yekunlaşıb
Bakı, 6 may, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsinin nəticələri elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilib.
Müsabiqədə 11 iştirakçı çıxış edib. Münsiflər heyətinin qərarı ilə birinci yerə İzaməddin Bağırov (Sumqayıt Dövlət Dram Teatrı), ikinci yerə Xanirə İsgəndərova (Şuşa Dövlət Musiqili Dram Teatrı), üçüncü yerə isə İlkin Mehdiyev (Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı) layiq görülüblər. Qaliblərə diplom və pul mükafatı təqdim edilib.
Müsabiqənin digər iştirakçıları da mükafatlandırılıb.