“Sənətkarın elmi pasportu” seriyasından növbəti monoqrafik tədqiqat
Bakı, 14 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah ədəbiyyatı şöbəsində böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr olunmuş geniş həcmə malik monoqrafik tədqiqat üzərində iş başa çatdırılıb. İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu, müstəqilliyimiz dövründə Azərbaycan ədəbiyyatının görkəmli klassiklərindən olan Xaqani Şirvaninin həyatı və yaradıcılığına həsr edilən ilk ümumiləşdirilmiş elmi əsərdir.
Monoqrafiyanın hazırlanmasında Ortaq başlanğıc və intibah ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidov və şöbənin əməkdaşları yaxından iştirak ediblər. Kitabın sonunda Xaqani Şirvaninin əsərlərinin və əlyazmalarının, habelə onun haqqında yazılmış elmi əsərlərin biblioqrafiyası verilib.
Nəşrin elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.
Kitab Ədəbiyyat İnstitutunda müəyyən edilmiş “Sənətkarın elmi pasportu” seriyasından çap olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [22:15]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [20:48]
ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]