Serbiyada koronavirusdan daha 5 ölüm faktı təsdiqlənib
Belqrad, 14 aprel, AZƏRTAC
Serbiyada koronavirusdan daha 5 ölüm faktı təsdiqlənərək bu virusdan ölənlərin ümumi sayı 85-ə çatıb.
AZƏRTAC xəbər verir ki, hazırda ölkədə 4054 yoluxma halı mövcuddur. Son ölən beş nəfərdən üçü kişi, ikisi qadındır, orta yaş həddi 76-dır. Ölkənin Səhiyyə Nazirliyi son iki sutkada 2646 nəfəri COVID-19 virusuna qarşı yoxlayıb, bunlardan sadəcə 424-də nəticə müsbət olub.
Son məlumatlara əsasən 138 xəstə xəstəxanalara yerləşdirilərək süni tənəffüs aparatına qoşulub.
Serbiyada ilk yoluxma halı martın 6-da qeydə alınıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:07]
Beynəlxalq Valyuta Fondu: Bu il qlobal iqtisadi artım cəmi 3,1 faiz olacaq
- 13.10.2026 [12:02]
Gürcüstanın xarici ticarət dövriyyəsi 9,2 faiz artıb
- 13.10.2026 [11:52]
BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır
- 13.10.2026 [11:42]
Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır
- 13.10.2026 [11:33]