Şərqi Timorun nümayəndəsi: Azərbaycan qlobal əməkdaşlığın inkişafına töhfə verir
Bakı, 17 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumu dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Şərqi Timorun Dövlət İdarəçiliyi və Şəhərsalma üzrə Dövlət Katibliyinin texniki müşaviri Emiliana Suares deyib.
O qeyd edib ki, 2002-ci ildə müstəqillik qazanan Şərqi Timor üçün belə nüfuzlu forumlarda iştirak böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, tədbir müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə və məlumat mübadiləsi aparmaq baxımından faydalıdır.
Emiliana Suares vurğulayıb ki, Azərbaycanın belə beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkənin qlobal əməkdaşlığın inkişafına verdiyi töhfənin göstəricisidir. O bildirib ki, forum yeni tərəfdaşlıqların qurulması və ölkələrin bir-birilərindən öyrənməsi üçün geniş imkanlar yaradır.
Texniki müşavir yaşıl enerjinin müasir şəhərlərin inkişafında mühüm rol oynadığını qeyd edib. Onun fikrincə, yaşıl enerji mənbələrinin geniş istifadəsi neftdən asılılığın azalmasına və ətraf mühitin qorunmasına töhfə verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Nigeriyada 17 polis öldürülüb
- [12:42]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bakıda iki qardaş ölkənin dostluq gecəsi
- 16.05.2026 [23:30]