Şərur rayonunun daha üç kəndində quruculuq işlərinə başlanılıb
Şərur, 27 mart, AZƏRTAC
Muxtar respublikanın Şərur rayonunun yaşayış məntəqələrində aparılan geniş quruculuq tədbirləri çərçivəsində Kosacan, İbadulla və Kərimbəyli kəndlərində də işlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, rayonun Kosacan kəndində məktəb binası yenidən qurularaq 3 mərtəbəyə çatdırılacaq. Yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri də inşa olunaraq sakinlərin istifadəsinə veriləcək. İki kilometrlik kənd yolu təmir olunacaq, yeni içməli su xətti çəkiləcək.
Rayonun İbadulla kəndində də 522 yerlik üçmərtəbəli yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunacaq. Kərimbəyli kəndində isə üçmərtəbəli 270 yerlik məktəb binası, iki mərtəbədən ibarət kənd mərkəzi və xidmət mərkəzi inşa edilərək sakinlərin ixtiyarına veriləcək.
Hər üç kənddə köhnə binalar sökülür, yeni binaların təməlində beton-qəlib işləri görülür, rabitə və qaz xətlərinin yerləri dəyişdirilir.