DÜNYA
Səudiyyə Ərəbistanı BMT-nin və dünya birliyinin terrorizmə qarşı mübarizədə aparıcı tərəfdaşıdır
Ər-Riyad, 17 aprel, AZƏRTAC
Səudiyyə Ərəbistanı BMT-nin və dünya birliyinin terrorizmə qarşı mübarizədə aparıcı tərəfdaşıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr BMT-nin Əks-Terrorizm Mərkəzinin Ər-Riyadda keçirilən 16-cı görüşündə söyləyib.
Nazir bildirib ki, Səudiyyə Ərəbistanı BMT-nin Əks-Terrorizm Mərkəzinə dəstək vermək öhdəliyinə sadiq qalır. Adil əl Cübeyr, həmçinin Səudiyyə Ərəbistanının İŞİD terror qruplaşmasına qarşı mübarizədə beynəlxalq koalisiyada fəal rol oynadığını diqqətə çatdırıb.
Qeyd edək ki, görüş çərçivəsində BMT-nin Əks-Terrorizm Mərkəzi ilə Ərəb Ölkələrinin Daxili İşlər Nazirləri Şurası arasında memorandum imzalanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad