“Sevilənlər sevənlər” rubrikası altında növbəti görüş
Bakı, 29 aprel, AZƏRTAC
Respublika Gənclər Kitabxanası “Sevilənlər sevənlər” rubrikası altında keçirdiyi canlı yayının növbəti qonağı yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlu olub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, canlıya yayına 700-dək izləyici qatılıb. Qonaq canlı yayın zamanı sualları cavablandırıb, yaradıcılığı, psixoloq fəaliyyəti haqqında geniş məlumat verib.
O, müəllim müəllifi olduğu “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon” əsərlərindən söhbət açıb, yazıçılıq fəaliyyətinin incə məqamlarına toxunub. Canlı yayın zamanı müasir gəncliyin fərdi inkişaf aspektləri, motivasiya imkanları, özgüvən problemlərinə də yer ayrılıb.
Rövşən Abdullaoğlu müasir gəncliyin mütaliəyə cəlb olunması məsələsinə dair öz şəxsi mülahizələrini dilə gətirib, həmçinin öz mütaliə üstünlükləri barədə də danışıb.
Onu da qeyd edək ki, Respublika Gənclər Kitabxanasının “Facebook” və “İnstagram” səhifəsində kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Azərbaycanlı yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun həyat və fəaliyyəti haqqında videoçarx, əsərlərindən ibarət virtual sərgi yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:43]
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib
- 11.06.2026 [12:50]
Azərbaycan-Rumıniya mədəni əməkdaşlığının inkişafı müzakirə olunub
- 11.06.2026 [12:23]
Azərbaycanın da təmsil olunduğu İstanbul Opera və Balet Festivalı başa çatıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [11:14]