MƏDƏNİYYƏT
Sevimli uşaq yazıçısı ilə onlayn görüş
![](/files/galleryphoto/2021/1/1200x630/16188395164061511022_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/16188395165860424559_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/161883951680810630_1200x630.jpg)
![](/files/galleryphoto/2021/1/1200x630/1618839516328725795_1200x630.jpg)
Bakı, 19 aprel, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı Solmaz Amanovanın Bakı Avropa Liseyi, Xətai rayonu 95 və Gəncə şəhər 17 nömrəli tam orta məktəblərinin müxtəlif sinif şagirdləri arasında onlayn görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, onlayn görüş şagirdlərin təqdimatında dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş kompozisiya ilə başlayıb.
Görüş çərçivəsində yazıçı Solmaz Amanova yaradıcılığı, həyata keçirdiyi layihələr, İkinci Qarabağ müharibəsi tarixində Azərbaycanın şanlı Qələbəsindən sonra qələmə aldığı “Şuşanın sehrli açarları” və “Cəsur ayı və dostları”, “İlmənin macəraları” kimi kitabları barədə ətraflı məlumat verib, həmçinin məktəblilərin çoxsaylı suallarını cavablandırıb.