Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sevinc Mikayılova: Azərbaycan Dövlət Teatr Muzeyi teatr tariximizin ən yaxşı bələdçisidir

Sevinc Mikayılova: Azərbaycan Dövlət Teatr Muzeyi teatr tariximizin ən yaxşı bələdçisidir

Bakı, 16 fevral, Abdulla Suvar, AZƏRTAC

İctimai fikrin formalaşmasında milli teatrın böyük rolu var. Yarandığı gündən milli teatr sənəti hər zaman cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərib. 1873-cü il martın 10-da Bakı Realnı Məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası ilə əsası qoyulan Azərbaycan peşəkar milli teatrı ölkə başçısının müvafiq Sərəncamı ilə bu günlərdə 150 illik yubileyini qeyd edəcək. Ötən müddətdə xalqımızın mədəni sərvəti hesab olunan teatr sənəti çox zəngin tarixi yol keçib. Bu tarixin qorunaraq gələcək nəsillərə ötürülməsində gələn il yaranmasının 90 illiyini qeyd edəcək Azərbaycan Dövlət Teatr Muzeyinin də payı var. AZƏRTAC-ın əməkdaşı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova ilə görüşərək həmsöhbət olub.

- Prezident İlham Əliyev fevralın 3-də Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı. Sözsüz ki, bu yubileyin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevriləcək və teatrımızın çiçəklənməsinə yeni stimul verəcək. Həm də bu tarixi qərar C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi üçün də əlamətdardır. Bilmək istərdik ki, rəhbərlik etdiyiniz muzeyi bu əlamətdar yubileyə necə hazırlaşır?

-Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi milli səhnə sənətimizə dair materialların toplanması, mühafizəsi və nümayişi ilə yanaşı, peşəkar teatr tariximizin təbliği işini də həyata keçirir. Odur ki, milli teatrımızın 150 illik yubileyi yalnız teatrlarımız üçün deyil, həmçinin muzeyimiz üçün də əlamətdar hadisədir və biz bu tarixi günü ilboyu müxtəlif layihələrlə qeyd edəcəyik. Ümumiyyətlə muzeyimizdə peşəkar teatrımızın təbliği istiqamətində yalnız yubileydən-yubileyə deyil, hər zaman iş aparılır. Belə ki, muzeyimizdə mütəmadi olaraq teatr korifeylərimizin xatirə gecələri keçirilir, səyyar sərgilər və mühazirə saatları təşkil olunur. Bu il Xalq artistləri Rafiq Əzimovun 85, Hökümə Qurbanovanın 110, Hamlet Qurbanovun 85 illik yubileylərinin qeyd olunması da iş planımıza daxildir. Eləcə də TÜRKSOY-un Ankaradakı iqamətgahında Azərbaycan Teatrının 150 illiyi ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirə muzeyimiz peşəkar səhnə sənətimizlə bağlı eksponatlar əsasında hazırlanmış videoçarx və sərgi ilə qatılacaq. Bildiyimiz kimi, Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bəlli həqiqətdir ki, Ulu Öndər Heydər Əliyev dahi siyasi xadim kimi Azərbaycanda bütün sahələrə, o cümlədən mədəniyyətin inkişafına hər zaman böyük diqqət və qayğı göstərib. Odur ki, il ərzində görəcəyimiz bütün işlər hər iki mühüm yubileyi hədəfləyəcək. İlin əvvəlində muzeyimiz “Heydər Əliyev və Azərbaycan” adlı layihəyə start vermişdir. 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Çağdaş Azərbaycan gəncliyi üçün Heydər Əliyev fenomeni” adlı dəyirmi masamız bu layihə altında təşkil olunan silsilə tədbirlərimizdən ilki idi.

-Xalqımızın mədəni sərvəti olan Azərbaycan teatrının tarixi keçmişini və bugünkü inkişafını gələcək nəsillərə daşıyan Teatr Muzeyi həmin sərvətin qorunması və təbliği istiqamətində hansı işlər görür?

-Muzey fondunun zənginləşməsi daim diqqət mərkəzindədir. Teatr sənətimizin istər keçmişi, istərsə də bu günü ilə bağlı yeni materialların toplanması prosesi bir neçə istiqamətdə aparılır. Belə ki, teatrlar mövsümün sonunda cari ilin repertuarında oynanılan tamaşaların proqram və afişalarını, video və fotoçəkilişlərini və s. muzeyə təhvil verirlər. Eyni zamanda, elmi əməkdaşlar ayrı-ayrı sənətkarlardan əldə etdikləri materialları toplayaraq muzey təlimatı üzrə qeydiyyata alırlar. Deyilənlərlə yanaşı, vaxtaşırı olaraq bərpaya ehtiyacı olan eksponatlar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində çalışan mütəxəssislər tərəfindən bərpa olunaraq yenidən həyata qaytarılır.

- Yaşı bir əsrə yaxınlaşan muzeyin fondlarında nə qədər eksponat saxlanılır?

- Hazırda muzeydə 140.000 dən artıq eksponat toplanmışdır. Bunlara görkəmli sənətkarlarımızın şəxsi arxivləri, peşəkar teatrın yarandığı dövrdən bu günə qədər müxtəlif janrlarda oynanılmış teatr tamaşalarının proqram və afişaları, memorial əşyalar, rejissor eksplikasiyaları, rol dəftərləri, foto və neqativlər, səhnə əsərlərinin dekorasiya və geyim eskizləri, maketlər, rekvizitlər, teatr geyimləri və s. aiddir. Həmçinin SSRİ Xalq artistləri Sidqi Ruhulla, Ədil İskəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Xalq artistləri Həqiqət Rzayeva, İsmayıl Hidayətzadə, Şəmsi Bədəlbəyli, Xalq rəssamları Əzim Əzimzadə, Bədurə Əfqanlı, Kamil Xanlarov, İsmayıl Axundov, Kazım Kazımzadə kimi bir çox sənətkarların şəxsi arxivləri muzeyimizin kolleksiyasının zənginliyindən xəbər verir.

-Muzeydəki yeni eksponatlar haqqında da məlumat verərdiniz?

- Yuxarıda qeyd etdiyim kimi teatrla bağlı materiallar muzey fonduna daimi olaraq həm əməkdaşlarımız, həm də sənətkarların özləri tərəfindən toplanılır. Bundan əlavə son illərdə Xalq rəssamı Arif Hüseynov muzeyin fonduna qrafika janrında işlədiyi Xalq artistləri Fuad Poladovun və Məbud Məhərrəmovun portretlərini bağışlamışdır. Həmçinin nasir, publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli tərəfindən Gəncə Dövlət Dram Teatrının rejissoru, Əməkdar mədəniyyət işçisi Rafiq Atakişiyevin şəxsi arxivi muzeyimizə təhvil verilmişdir.

-Muzeyi ziyarət edənlərin sayı sizi qane edirmi? Muzeyə daha çox ziyarətçilərin cəlb olunması istiqamətində hansı işlər görülür?

- Keçirdiyimiz tədbirlər, görüşlər, anım günləri, ustad dərsləri, mühazirə saatları, sərgilər ictimaiyyəti muzeyə cəlb etmək istiqamətində fəaliyyətimizin bir qoludur. Bildiyiniz kimi, pandemiya dövründə bir müddət muzeylər öz işini müvəqqəti olaraq dayandırmışdır. O zaman biz öz eksponatlarımızı sosial şəbəkələr üzərindən aktiv yayımlayaraq daha geniş təbliğata keçdik. İş qrafikimiz bərpa olunduqdan sonra hər iki istiqaməti davam etdiririk. Görünən odur ki, muzeyə marağın artırılmasında virtual turların və paylaşımların da böyük əhəmiyyəti var. Ümumilikdə ziyarətçilərin sayı qənaətbəxş hesab oluna bilər. Muzeylərdə il ərzində bir neçə dəfə “Açıq qapı” günü elan olunur. Həmin günlər tamaşaçı axını adi vaxtla müqayisədə dəfələrlə artır və bu da öz növbəsində, muzeyə daha çox ziyarətçinin cəlb olunmasına zəmin yaradır.

-Azərbaycan teatrının tarixini araşdıranlar muzeyin zəngin ekspozisiyasından necə bəhrələnir?

- Milli səhnə tariximizə, korifey sənətkarlarımızın həyat və yaradıcılığına dair elmi tədqiqat əsərlərinin, monoqrafiya və oçerklərin yazılmasında zəngin fondumuzdan geniş istifadə olunur. Mədəniyyət və incəsənətimizlə bağlı televiziya və mətbuatımızın hazırladığı buraxılışlar, sənədli filmlər məhz bizim eksponatlar əsasında ərsəyə gəlir. Çünki Teatr Muzeyi öz mahiyyətində yalnız rejissor və aktyor sənətimizin görkəmli simalarını deyil, həm də maarifçilərimizi, yazıçı və dramaturqlarımızı, musiqi mədəniyyətimizi, milli səhnəqrafiyamızı və sairi ehtiva edir. Tədqiqatçılar sırasında hətta xarici ölkələrdə yaşayan və Azərbaycan mədəniyyətini araşdıranlar da var.

Muzeyimiz həmçinin xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən bir sıra səfirliklərinə də lazımi fond materialları ilə köməklik göstərmişdir. Buna yaxın vaxtlarda müraciət etmiş Qırğızıstan və Yunanıstan respublikalarının Azərbaycandakı səfirliklərini misal göstərə bilərik. Eləcə də, Rusiyanın bir sıra muzeylərinə vaxtilə Azərbaycanın teatr səhnəsində çalışmış rus mənşəli sənətkarlarla bağlı məlumatların araşdırılmasında yardımçı olmuşuq. Ölkəmizdə yaradılan bir sıra muzeylərin, o cümlədən Dağ Yəhudilərinin Tarix Muzeyinin ekspozisiyasının qurulmasında da tarixi sənədlərlə iştirak etmişik.

Odur ki, Azərbaycan Dövlət Teatr Muzeyi yalnız özünün ekspozisiyası ilə deyil, fondlarında qorunan digər eksponatları ilə də teatr tariximizə ən yaxşı bələdçidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Berlində Dünya Səhiyyə Sammiti işə başlayıb VİDEO

Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələrin hansı halda dayandırılması məsələsinə aydınlıq gətirib

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

Məktəblərdə geyim qaydaları: hüquqi çərçivə və vahid yanaşma

Finlandiya Ukraynaya F-16 qırıcıları üçün döyüş sursatları göndərəcək

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

Almaniyada ifrat sağçının paylaşdığı xəritə Fransada narazılıq yaradıb

Ağdaşda “Kənddən şəhərə” yarmarkası təşkil olunub

İsveçdə hərəkətsiz həyat tərzi problemi getdikcə dərinləşir

Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Ultramarafonun 70 yaşlı iştirakçısı: Qarabağda baş verən dəyişiklikləri görmək qürurvericidir VİDEO

Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir - ŞƏRH

Azərbaycan və Belarus üzgüçülük federasiyaları arasında memorandum imzalanıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Türkiyədə dəhşətli yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibləri mükafatlandırılıb

Tovuzda qadın dəm qazından boğularaq ölüb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə olublar

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Türk dünyası gənclərinin görüşündə 11 maddəlik yekun bəyannamə qəbul olunub VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub VİDEO

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO