Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət

“Qanun kənardan zərif görünsə də, idarə olunması çətin alətdir”

Bakı, 8 iyun, AZƏRTAC

Onlarla sim, yüzlərlə səs çaları və bir ifaçının barmaqlarında canlanan bütöv bir musiqi dünyası... Musiqi alətlərinin hər birinin öz xarakteri var: bəziləri gücü, bəziləri kövrəkliyi, bəziləri isə mürəkkəbliyi ilə seçilir. Qanun musiqi aləti isə bütün bu xüsusiyyətləri özündə birləşdirən nadir alətlərdəndir. Bu zəngin alət ifaçıdan yalnız texniki bacarıq deyil, həm də yüksək dəqiqlik, səbir və dərin peşəkarlıq tələb edir. Geniş səs diapazonu və mürəkkəb ifa texnikası ilə fərqlənən qanun mahir musiqiçilərin əlində sözlə ifadə edilməsi çətin olan hisslərin dilinə çevrilir.

Azərbaycan musiqi mədəniyyətinin mühüm atributlarından olan qanun bu gün də yeni nəslin ifasında yaşayır, inkişaf edir və fərqli çalarlar qazanır. Bəs, bir qanun ifaçısının sənət yolunun arxasında hansı zəhmət dayanır? Səhnədə cəmi bir neçə dəqiqə ərzində səslənən melodiyanın ərsəyə gəlməsi üçün neçə illik təcrübə və hazırlıq tələb olunur? AZƏRTAC-ın müxbiri bu suallar ətrafında Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının İnstrumental muğam kafedrasının müəllimi, tanınmış qanun ifaçısı Aysu Sadıqova ilə həmsöhbət olub.

Musiqiçinin sənətə gəlişində ailə amili hər zaman mühüm stimul rolunu oynayır. Həmsöhbətimizin də qanun alətinə bağlığı ailə mühitindən, xüsusilə anasının göstərdiyi böyük dəstəkdən başlayıb. Lakin Aysu xanım vurğulayır ki, daxili həvəs təhsil və ustad dərsləri ilə birləşməyincə peşəkarlıq qazanmaq qeyri-mümkündür. Elə onun da bir ifaçı kimi yetkinləşməsində peşəkar təhsil mühiti və müəllimlərinin rolu həlledici olub.

Gənc musiqiçi bu gün bir ifaçı kimi özünü, ilk növbədə, onu yetişdirən müəllimlərinə borclu hesab edir. Təhsil aldığı musiqi məktəbində ona sənətin sirlərini aşılayan, bir ifaçı kimi formalaşmasında mühüm rol oynayan Yaqut Məmmədova onun həyatında silinməz iz qoyub: “İstər Asəf Zeynallı adına Musiqi Kollecində, istərsə də Azərbaycan Milli Konservatoriyasında Yaqut xanımın sinfində təhsil almışam. Musiqinin incəliklərini, ifa mədəniyyətini və sənətə yanaşmanı məhz ondan öyrənmişəm”.

Onun sözlərinə görə, təhsil illərində muğam dünyasının daha dərindən dərk edilməsində, bu zəngin irsin incəliklərinin mənimsənilməsində isə tanınmış musiqiçi Malik Mansurovun böyük payı var. Aysu Sadıqova bu dövrü həm peşəkar formalaşma, həm də yaradıcılıq baxımından ən önəmli mərhələlərdən biri kimi dəyərləndirir.

Sənətkarın sözlərinə görə, qanun kənardan nə qədər zərif görünsə də, əslində fiziki cəhətdən kifayət qədər ağır və idarə olunması çətin alətdir. Trapesiya şəkilli taxta qutu üzərinə çəkilmiş onlarla sim və hər notun tonunu nizamlayan xüsusi mandallar ifaçıdan eyni anda həm riyazi dəqiqlik, həm də çeviklik tələb edir.

Səhnə və canlı ifa hər bir musiqiçi üçün fərqli duyğular deməkdir. Aysu xanım üçün isə ifa zamanı barmaqlarının tellərə toxunduğu ilk an tamamilə başqa bir aləmdir. İlk baxışda səhnədə sadəcə bir ifaçı və musiqi aləti görünsə də, əslində onunla qanun arasında dərin, sözsüz bir dialoq yaranır. Bu zərif tellərdən süzülən musiqi ifaçının daxili dünyasının səsli təzahürünə çevrilir. Bəlkə də buna görədir ki, o, öz repertuarını seçərkən hər zaman böyük həssaslıq nümayiş etdirir. Onun ifasında milli irsimiz, ulu muğamlarımız və klassik bəstələrimiz əsas yer tutsa da, gənc bir ifaçı kimi müasir bəstəkarların əsərlərinə, fərqli eksperimentlərə də hər zaman açıqdır.

Aysu Sadıqova qeyd edir ki, qanun ifaçısının sənət yolu ilk baxışda səhnədə görünən bir neçə dəqiqəlik ifa kimi sadə təsir bağışlasa da, əslində bu anların arxasında illərlə davam edən ciddi zəhmət, davamlı məşq və böyük səbir dayanır. Hər bir melodiyanın səlis və emosional səslənməsi üçün ifaçı gündəlik olaraq saatlarla texniki məşqlər edir, müxtəlif etüdlər üzərində çalışır və repertuarını daim genişləndirir.

“Qanun ifaçılığı təkcə notları düzgün səsləndirmək deyil, həm də alətin incə dinamikasını hiss etmək deməkdir. Simlərin hər biri fərqli səs çaları yaratdığı üçün ifaçı həm barmaq texnikasını, həm də sağ və sol əlin koordinasiyasını mükəmməl səviyyədə inkişaf etdirməlidir. Bu isə illərin təcrübəsini tələb edir. Ona görə də səhnədə bir neçə dəqiqə davam edən bir ifanın arxasında bəzən 5–10 illik, hətta daha uzunmüddətli hazırlıq dayanır. Bu illər ərzində ifaçı həm texniki ustalığını, həm də musiqiyə yanaşma tərzini formalaşdırır və hər çıxışında bu zəhmətin bəhrəsini dinləyicilərə təqdim edir”, - deyə gənc ifaçı vurğulayıb.

Onun sözlərinə görə, bir qanun ifaçısı üçün ən çətin məqamlardan biri də ifanın emosional tərəfidir. Çünki bu alətdə texniki düzgünlük qədər hissin ötürülməsi də önəmlidir. İfaçı hər bir əsəri yalnız ifa etməklə kifayətlənməməli, onu yaşamalı və dinləyiciyə ötürməlidir. Bu bacarıq isə zamanla formalaşır və hər yeni səhnə təcrübəsi ilə daha da dərinləşir.

Qanunun istər simfonik, istərsə də xalq çalğı alətləri orkestri ilə solo ifası səhnədə bənzərsiz bir harmoniya yaradır. Onlarca alətin içindən qanunun kristal səsini önə çıxarmaq isə xüsusi ustalıq tələb edir. Dirijorla ifaçı arasındakı görünməyən enerji barədə Aysu Sadıqova belə deyir: “Bu, bir-birini baxışlardan anlamaq, eyni ritmi hiss etmək və səhnədə bir nəfəs kimi hərəkət etməkdir”.

Aysu Sadıqova Azərbaycan xalq mahnılarının böyük vurğunu olduğunu söyləyir. Onun sözlərinə görə, harada xalq musiqisi səslənsə, böyük maraq və heyranlıqla dinləyir, bu musiqidə həm milli ruhu, həm də dərin emosional ifadəni hiss edir.

O, qanun ifaçısı kimi bu aləti təkcə ölkə daxilində deyil, beynəlxalq səhnələrdə də layiqincə təmsil edir. Müxtəlif ölkələrdə keçirilən konsert və müsabiqələrdə çıxış edərək Azərbaycan musiqisini, xüsusilə də qanun ifaçılıq ənənəsini tanıtmağa xüsusi önəm verir. Onun çıxışları həm milli musiqinin zənginliyini nümayiş etdirmək, həm də bu alətin imkanlarını fərqli auditoriyalara çatdırmaq baxımından mühüm rol oynayır.

Aysu Sadıqova hesab edir ki, qanun yalnız bir musiqi aləti deyil, həm də mədəniyyətin daşıyıcısıdır və hər bir ifa bu irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi deməkdir.

İfaçı bir pedaqoq kimi gənclərin milli musiqi alətlərinə, xüsusən də qanun ifaçılığına marağını yüksək qiymətləndirir. Onun fikrincə, konservatoriya auditoriyalarında bu aləti öyrənməyə çalışan tələbələrin sayının artması milli musiqi ənənələrinin davamlılığı baxımından çox önəmlidir. O, gənclərin həvəsini gördükcə sənətin gələcəyinə olan inamının daha da gücləndiyini bildirir.

Bəs, Aysu Sadıqovanın musiqidə və həyatda çatmaq istədiyi böyük arzu hansıdır? Onun cavabı həm sadə, həm də mənalıdır: “Azərbaycan qanun ifaçılıq məktəbini dünyanın ən möhtəşəm səhnələrində layiqincə təmsil etmək, bu alətin zərif səsini beynəlxalq auditoriyalara sevdirmək və gələcək nəsillərə təmiz, peşəkar və ləyaqətli bir sənət irsi ötürmək”.

Müxbir – Gülay Nəzərova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub