Siciliya turistlərə aviabiletlərin qiymətinin 50 faizini ödəməyi vəd edir
Bakı, 25 aprel, AZƏRTAC
Siciliyanın hakimiyyət orqanları koronavirus pandemiyasından sonra adada turizmin bərpası üzrə strategiya çərçivəsində turistlərə aviabiletlərin qiymətlərinin yarısını, həmçinin mehmanxana hesablarının bir hissəsini ödəməyi vəd edib.
AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, region hakimiyyəti adada turizmin inkişafı üzrə yeni strategiyaya əsasən, aviabiletlərin qiymətinin 50 faizini və yerləşmə obyektində hər üçüncü gecənin xərcini ödəməyə hazırdır. Bundan başqa, turistlər muzeylərə və arxeoloji qazıntı yerlərinə pulsuz biletlər alacaq. Təkliflər üzrə çeklər “Visit Sicily” saytına yerləşdiriləcək. Siciliyanın hakimiyyət orqanları bu proqrama 50 milyon avro xərcləməyi nəzərdə tutur.
Qeyd edək ki, adanın turizm sektoru mart və aprel aylarında 1 milyard avroya yaxın vəsait itirib. İtaliyada ümumdaxili məhsulun 13 faizi turizm sahəsinin payına düşür və ölkə mayın 4-nə nəzərdə tutulan karantindən mərhələli çıxış prosesindən sonra sektorun yenidən inkişafı üçün vasitələr axtarır.
İtaliya epidemioloji vəziyyətin çox gərgin olduğu dövlətlərdən biridir. Ölkə koronavirus infeksiyasından ölüm hallarına görə ABŞ-dan sonra ikinci yerdə gəlir. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 16:30-a olan məlumatına əsasən, İtaliyada 192 mindən çox yoluxma və 25 min 969 ölüm faktı qeydə alınıb, 60 min 106 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:30]
“Emirates” Dubaya uçan sərnişinlər üçün əlavə sığorta tətbiq edəcək
- 11.06.2026 [11:29]
Quterreş ABŞ və İranı tam atəşkəsin əldə olunmasına çağırıb
- 11.06.2026 [11:15]
Donald Tramp: İnflyasiyanı bəyənirəm
- 11.06.2026 [11:07]
Media: Hicaz dəmir yolu Hörmüz boğazına alternativ olacaq
- 11.06.2026 [11:01]
BMT: Son on ildə ilk dəfə məcburi köçkünlüyün miqyası azalıb
- 11.06.2026 [11:00]
Krasnodar hava limanında 34 reys təxirə salınıb
- 11.06.2026 [10:56]
SEPAH Yaxın Şərqdəki bəzi hədəflərə zərbə endirdiyini açıqlayıb
- 11.06.2026 [10:53]
SEPAH Hörmüz boğazından keçən iki gəmini vurub
Teatr sənətinin vurğunu
- [11:14]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]