Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Silahlı Qüvvələrdə sənədli hərbi vətənpərvərlik filmləri həftəsinə start verilib

Silahlı Qüvvələrdə sənədli hərbi vətənpərvərlik filmləri həftəsinə start verilib

Bakı, 17 iyul (AZƏRTAC). Lənkəran Qarnizonu Zabitlər Evində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında respublika gənclər mükafatı və beynəlxalq kino festivallarının laureatı Tahir Əliyevin rejissorluğu ilə çəkilmiş sənədli hərbi vətənpərvərlik filmləri həftəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdə şəxsi heyətin milli mənəvi dəyərlər əsasında, hərbi vətənpərvərlik ruhunda, ata-babaların qəhrəmanlıq ənənələri zəminində tərbiyə olunması, onlarda yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərin aşılanması, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məsələlərinin daim diqqət mərkəzində olduğunu bildirib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz” sözlərini iştirakçıların diqqətinə çatdırıb. A.Qurbani Böyük Vətən müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 70 illik yubileyi ilə əlaqədar Silahlı Qüvvələrdə keçiriləcək tədbirlər planına əsasən təşkil edilən sənədli filmlər həftəsinin şəxsi heyətin həyatında əhəmiyyətli və yaddaqalan hadisə olacağını vurğulayıb.

A.Qurbani filmlərin rejissoru Tahir Əliyevi tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, ali təhsilini Azərbaycanda və Türkiyə alan T.Əliyev hazırda Mədəniyyət və Turizm Nazirliyinin “Salnamə” kinostudiyasında kinorejissor kimi fəaliyyət göstərir. İstedadlı və təcrübəli rejissor 2005-ci ildə respublika gənclər mükafatına layiq görülüb, ilin ən yaxşı sənədli film rejissoru elan edilib.

Qeyd edilib ki, Moskva, Sevastopol, Lipetsk, Yekaterinburq, Ərzurum, Sankt-Peterburq, Volakalmsk, Kursk, Novo-Qoritsa və dünyanın bir çox şəhərlərində keçirilən beynəlxalq kino festivallarının xüsusi diplom və mükafatlarını almış T.Əliyevin yaradıcılığının ana xəttini hərbi vətənpərvərlik mövzusu, xüsusilə də faşizm üzərində Qələbədə Azərbaycan xalqının müstəsna xidmətlərinin tərənnümü təşkil edir. Məhz sənədli filmlər həftəsində hərbi hissələrin şəxsi heyətləri, eləcə də lənkəranlılar “Təxəllüsü “Mixaylo”, “Unudulmuş partizan”, “Səhra gülü”, “9-cu korpus”, “Qafqaz qartalının uçuşu”, “Medo Hollandiyadadır”, “Xəzərdən Dunaya” ekran əsərlərinə baxmaq imkanı qazanacaqlar.

“Azərbaycan Müharibə Veteranları” İctimai Birliyinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qarabağ müharibəsi veteranı Əlisəfa Ağayev ulu öndər Heydər Əliyevin “Atalarımızın, babalarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır” sözlərini diqqətə çatdıraraq son vaxtlar Silahlı Qüvvələrimizdə belə tədbirlərin vaxtaşırı təşkilini yüksək qiymətləndirib. O, bildirib ki, belə tədbirlər şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırlığında, həmçinin əhalinin ata-babalarımızın qəhrəmanlıq ənənələrinə sədaqət ruhunda maariflənməsində xüsusi əhəmiyyət kəsb edir.

Böyük Vətən müharibəsi veteranı, “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuş Ağadadaş Səmədov, Daxili Qoşunların zabiti, polkovnik-leytenant İlqar Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsinin zabiti, mayor Elnur Məmmədov, hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, mayor Hümmət Bəndiyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ağamir Cavad, yazıçı-publisist Hafiz Mirzə, Əfqanıstan müharibəsinin veteranı iki dəfə “Qırmızı Ulduz” ordeni ilə təltif edilmiş Əflatun İsmayılov və başqaları sənədli filmlər həftəsinin gənclərimizin döyüş ruhunun daha da yüksəlməsində, Vətən torpaqlarının keşiyində ayıq-sayıq dayanmalarında, düşmən təcavüzünün qarşısını qətiyyətlə almalarında böyük rol oynayacağına əminliklərini vurğulayıblar.

Lənkəran Qarnizonu Zabitlər Evinin rəisi, polkovnik-leytenant Etibar Əliyev sənədli filmlər həftəsinin yüksək səviyyədə təşkil edilməsi üçün hər cür şərait yaradıldığını bildirib.

Sonra sənədli filmlər həftəsinin açılışına həsr olunmuş ədəbi-kompozisiya nümayiş etdirilib.

Kinorejissor T.Əliyev hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Abdulla Qurbaninin ssenarisi əsasında “İki xalqın övladları” sənədli filmi üzərində işlədiyini bildirib. Diqqətə çatdırılıb ki, film adını Belarusun alman-faşist işğalçılarından azad edilməsi tarixinə əbədi yazmış azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyev və respublikamızın ərazi bütövlüyünün, əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi igidlik və şücaət göstərmiş, əslən Belarusdan olan Azərbaycanın Milli Qəhrəmanı, mayor Anatoli Davidoviç haqqındadır.

Sonra tədbir iştirakçıları “Təxəllüsü “Mixaylo” və “Səhra gülü” filmlərinə baxıblar.

Sənədli hərbi vətənpərvərlik filmləri həftəsi iyulun 23-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib

Buraxılış imtahanlarında ən yüksək nəticə əldə edən şagird yeni tədris ilində ADA Məktəbində təhsil alacaq

Yan Vanmin: Azərbaycan Çinin önəmli tərəfdaşıdır

Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir

Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb

Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib

Qubada keçiriləcək beynəlxalq basketbol turnirinin iştirakçıları dəqiqləşib

Panama kanalında suyun səviyyəsi azalır

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakıda “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir təşkil olunub

"Asiya uşaqları" Oyunları: Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

Britaniya alimləri: ChatGPT botunun imtahan nəticələri tələbələrdən daha yüksəkdir

Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb VİDEO

İsmayıllı-Lahıc avtomobil yolu qaya parçaları və daşlardan təmizlənir

Parlament və Atatürk prospektlərində avtobusların hərəkəti məhdudlaşdırılır

Laçında hind filmi çəkiləcək

Güclü külək Naxçıvanda elektrik infrastrukturuna ciddi ziyan vurub

Elmar Qasımov IELTS-də yüksək nəticə əldə edən tələbələrlə görüşüb

Azərbaycanın və Ukraynanın media qurumları arasında əməkdaşlığın prioritetləri müzakirə olunub

Azərbaycan ekologiyası haqqında biblioqrafik göstərici nəşr edilib

Azərbaycan güləşçilərinin Olimpiada hazırlığı: Hədəf yüksək nəticələr qazanmaqdır

Komitə sədrinin müavini: Azərbaycan və qırğız xalqları tarix, dil, mədəni dəyərlər baxımından bir-birinə sıx bağlıdır

Azərbaycan Ordusunun yaranma tarixi və Zəfər salnaməsi

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Pedaqoji Universitetdə kadr potensialı gəncləşdirilir - statistika

Sənaye mülkiyyəti obyektlərinin patentləşdirilməsi - vebinar

Qarabağ Universitetinin Beynəlxalq dil mərkəzinə direktor seçilib

Həkim-pediatr: Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir

Narkotiklərin ziyanı ilə bağlı 2,1 milyondan artıq abunəçiyə SMS göndərilib

Everest dağında qar və buzların əriməsi nəticəsində qorxunc mənzərə üzə çıxıb

Gələn il Bakıda investisiya forumu keçiriləcək

KIV: Polşa ordusu icazəli silahı olan vətəndaşları əməkdaşlığa cəlb edir

Böyük Qayıdışa həsr edilən nəşrlərin təqdimatı olub

Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

Paytaxtın Bakıxanov qəsəbəsində yanğın təhlükəsi olan hamam və kafenin fəaliyyəti dayandırılıb

Külli miqdarda narkotik vasitənin Xəzər dənizi vasitəsilə ölkəmizə keçirilməsinin qarşısı alınıb

Sahibə Qafarova: Milli Məclisin növbədənkənar sessiyasında 31 qanun və qərar qəbul edilib

Çinin Ayın görünməyən tərəfindən gətirdiyi süxur nümunəsinin çəkisi iki kiloqrama yaxındır

Samoanın səfiri: İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə göstərilən diqqət təqdirəlayiqdir

Xarici media: BCM İsrail rəsmilərinin həbsi ilə bağlı orderlərin verilməsini təxirə salıb

Viktor Orban Ursula Fon der Lyayenin əleyhinə səs verib

TƏBİB-də “Açıq qapı” günü keçirilib

32 ildir itkin düşmüş sayılan şəhid Elman Cavadovun nəşinin qalıqları Sumqayıtda torpağa tapşırılıb

Şəhid ailələrinin mənzil təminatı ilə bağlı Qanuna dəyişiklik edilir

Monqolustanda parlament seçkiləri keçirilir

Çin lideri Qlobal Cənub Tədqiqatlar Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Huqo Qevara: İngilis dilinin tədrisi üzrə sertifikat proqramından 350-dən çox müəllim yararlanıb

Qohum nikahlar və erkən evliliklərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər təsdiqlənib

Fermer Qadınların Respublika Platforması yaradılacaq

“Laçın Könüllüləri” qrupuna qeydiyyat başlayıb

Milli Depozit Mərkəzi Elektron Sənəd Dövriyyəsi Sisteminə qoşulub

İnzibati Xətalar Məcəlləsinə hansı dəyişikliklər edilib?

Torpaq Məcəlləsinə təklif edilən dəyişikliklər təsdiqlənib

TƏBİB-in “815” saylı Çağrı mərkəzinə bir gündə 700-800 müraciət daxil olur

“Neftçi” daha bir futbolçu ilə vidalaşıb

Lənkəranda texniki təhlükəsizlik mövzusunda müşavirə keçirilib

Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşir

Azərbaycan ilə Qırğızıstan arasında ikiqat vergitutma aradan qaldırılacaq

Şuşada gənclərin turizm peşə hazırlığı mərkəzi açılacaq

"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir

Yan Vanmin: Çin-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri zənginləşərək strateji səviyyəyə yüksəlib VİDEO

“Xeyir xəbər” tamaşasının premyerası keçirilib

“Baku ID” innovasiya festivalının ikinci gününə start verilib VİDEO

Süd və süd məhsullarının ölkəyə idxalı qaydaları ilə bağlı videoçarx hazırlanıb

“Sumqayıt” klubu sabiq futbolçusunu geri qaytarıb

Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

FAO-nun layihə eksperti: Qlobal qida sistemi ümumi istixana qazları emissiyalarının 21-37 faizinə cavabdehdir

Xızıda təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaq

Slovakiyada avtobus qəzası nəticəsində yeddi nəfər həlak olub

NBA tarixində ilk: Ata və oğul eyni komandada oynayacaq

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib YENİLƏNİB VİDEO

“Qarabağ” akademiyasının koordinatoru: Azərbaycanda Avropa səviyyəsinə qalxa biləcək futbolçular var - MÜSAHİBƏ

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Nəzrin Rəsulzadə

Göyçay çayına gələn sel Cəyirli kəndində əkin sahələrini yarasız hala salıb VİDEO

Gənclər Kitabxanasında şair Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Nazir müavini: Könüllülük fəaliyyətləri ölkəmizdə gedən proseslərin güzgüsüdür

FHN: Ötən sutka ərzində 34 halda yanğına çıxış olub

Azərbaycan Yaponiya ilə icbari tibbi sığorta sahəsində təcrübə mübadiləsi edib

Peru sahillərində 7,2 bal gücündə zəlzələ baş verib

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üzrə müsahibənin nəticələri açıqlanıb

Həkim: Çimərlik üçün ən optimal vaxt saat 8:00-11:00 arası və axşam saat 17:00-dan sonradır

DİM: 2500-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə test imtahanı verəcək

“Neftçi” klubu qapıçısı ilə yollarını ayırıb

İranın Ali Rəhbəri növbədənkənar prezident seçkilərində səs verib

FHN: Hacıqabulun subasmaya məruz qalan ərazilərində təxirəsalınmaz tədbirlər görülür VİDEO

BANM rektoru əcnəbi tələbələrlə görüşüb

BMT-nin Baş katibi: Bakıda keçiriləcək COP29-da qətiyyətli addımlar atılmalıdır, əks halda, dünya uçuruma yuvarlanacaq

May ayında sosial müavinət və təqaüd alanlar 850 minə yaxın olub

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür

CNN: Baydenin debatdakı çıxışı demokratları məyus edib

Bu il Cəbrayıl şəhərinə və rayonun bir neçə kəndinə köç planlaşdırılır

Hindistanda mikroavtobus yük maşını ilə toqquşub, azı 13 nəfər ölüb

Hikmət Əlizadə: Son üç ildə ölkədə məişət tullantılarının idarə olunması ilə bağlı 4 mindən çox pozuntu halı qeydə alınıb

Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası”nda yaxın vaxtlarda bir neçə müəssisə fəaliyyətə başlayacaq

İndiyədək Ağdam Sənaye Parkında 25 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

Azərbaycan çempionu Monteneqro millisinin qapıçısını transfer edib

Zəngilanda 2 tondan artıq yabanı çətənə bitkisi məhv edilib

İranda növbədənkənar prezident seçkiləri keçirilir