İQTİSADİYYAT
“Şimal-Cənub” nəqliyyat dəhlizi yüklərin Rusiyadan Hindistana çatdırılması müddətini 30-40 faiz azaldacaq
Bakı, 31 may, AZƏRTAC
Müxtəlif araşdırmalar nəticəsində sübut edilib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizindən istifadə edilməsi Rusiyadan yüklərin Hindistana və əks istiqamətdə çatdırılması müddətini 30-40 faiz azaltmağa imkan verəcək.
AZƏRTAC xəbər verir ki, Hindistanın ticarət və sənaye naziri Sureş Prabxu bu sözləri RİA “Novosti” agentliyinə müsahibəsində söyləyib.
Nazir deyib: “Nəqliyyat dəhlizinin sınaq rejimində istifadəsi xərclərin təqribən 30 faiz azalmasını göstərib. Yükdaşımaların dəyərinin azaldılması və çatdırılma müddətinin qısaldılması şəklində ikiqat üstünük ticarət üçün əlverişli şərait yaradır”.
Cənub-Şərqi Asiya və körfəz ölkələrindən Şimali Avropaya yük daşınması üçün nəzərdə tutulan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsi planlaşdırılır. Birinci mərhələdə bu dəhliz vasitəsilə ildə 5 milyon ton yük daşınacaq, gələcəkdə isə bu göstəricinin on milyon tondan çox olacaq. Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, o, yüklərin çatdırılma müddətini əhəmiyyətli dərəcədə qısaltmağa imkan verəcək.