Sinqapurun Baş naziri ABŞ və Çini kompromisə gəlməyə çağırıb
Tokio, 2 iyun, AZƏRTAC
Sinqapurun Baş naziri Li Syan Lun Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələləri üzrə illik görüşdə ABŞ və Çini kompromisə gəlməyə çağırıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Şanqri-La dialoqu” adlı üçgünlük tədbir mayın 31-də Sinqapurda işə başlayıb. Həmin tədbirdə Asiya və Qərb ölkələrinin müdafiə idarələrinin rəhbərləri, o cümlədən Yaponiyanın müdafiə naziri Takeşi İvaya iştirak edir.
Görüş iştirakçılarına müraciətlə çıxış edən Li Syan Lun ABŞ və Çin arasında ticarət və təhlükəsizlik sahələrində gərginlik məsələsinə toxunub. Baş nazir deyib ki, əsas problem qarşılıqlı strateji inamın olmamasıdır və bu yolla addımlamaqda davam etmək hər iki tərəf üçün böyük səhvdir.
Li Syan Lun ABŞ və Çin liderlərini bir-birinin mövqelərini anlamağa çalışmağa və öz maraqları naminə kompromisə gəlməyə çağırıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]