Şinzo Abe: Koreyalararası sammitdə oğurlanmış yapon vətəndaşları məsələsi də qaldırılıb
Tokio, 29 aprel, AZƏRTAC
Cənubi Koreya Prezidenti Mun Ce-in və Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In aprelin 27-də keçirilən tarixi danışıqlar zamanı Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış yapon vətəndaşları problemi daxil olmaqla, Tokio və Pxenyan arasında münasibətləri də müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Baş naziri Şinzo Abe bu barədə jurnalistlərə aprelin 29-da Cənubi Koreya Prezidenti ilə telefon danışığından sonra məlumat verib.
“Prezident Mun Ce-in Kim Çen In ilə danışıqlar zamanı oğurlanmış vətəndaşlar və Yaponiya-Şimali Koreya arası münasibətlər məsələsini də qaldırıb”, - deyə Baş nazir bildirib. Ş.Abe, həmçinin qeyd edib ki, hazırda əlavə təfərrüatları açıqlaya bilməz.
Xatırladaq ki, ötən əsrin 70-ci illərində Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanan yapon vətəndaşları problemi Tokio və Pxenyan arasında ən ağrılı məsələlərdən biri olaraq qalır. Koreyalararası danışıqlar ərəfəsində Yaponiya tərəfi bütün səviyyələrdə Cənubi Koreyadan həmin məsələnin KXDR lideri Kim Çen In ilə danışıqlar zamanı qaldırılmasını xahiş edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:33]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:30]