Şirvan şəhərinin küçə və prospektləri dezinfeksiya olunur
Şirvan, 29 aprel, Mahir Babayev, AZƏRTAC
Şirvan şəhərində koronavirusla bağlı görülən dezinfeksiya işlərinə Fövqəladə Hallar Nazirliyinin texnikaları da cəlb olunub. Şəhərin küçə və prospektləri, bina girişləri, parklar və əhalinin sıx olduğu ərazilərdə dezinfeksiya işləri davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dezinfeksiya işlərində Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə şəhər Gigiyena və Epidemiologiya Mərkəzi, Kommunal Təsərrüfat Birliyi, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin Şirvan yanğından mühafizə xidməti yaxından iştirak edir. Bu işlərə FHN-in texnikaları da cəlb olunub. Müəssisələr, marketlər, parklar, banklar, bankomatların yerləşdiyi ərazilərdə də mütəmadi dezinfeksiya işləri aparılır.