Azərbaycan Dövlət İnformasiya Agentliyi

Siyasi həqiqəti islahatların mahiyyətində axtarmaq lazımdır - Politoloq

Bakı, 28 aprel, AZƏRTAC

Beynəlxalq münasibətlər sistemində müşahidə olunan bütün təlatümlərə, habelə daxildən və xaricdən yaradılan süni maneələrə rəğmən, əminliklə deyə bilərik ki, ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması prosesinə şahidlik edirik. Mərhələli şəkildə reallaşan islahatlar təkcə mövcud siyasi sisteminin immunitetini artırmır, eyni zamanda, dövlətimizin yeni beynəlxalq obrazını formalaşdırır. Burada prinsipial olaraq qeyd edilməlidir ki, siyasi konfiqurasiya ilə bağlı sistem xarakterli bütün islahatlar gələcəyə yönəlmiş islahatlardır. Bu cür islahatların müstəsna əhəmiyyəti siyasi sabitliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, habelə gələcəkdə yaşanıla biləcək müxtəlif “stresslərə” qarşı sağlam müqavimətin göstərilməsi kimi strateji vəzifələrin icrası prosesində daha aydın şəkildə görünür.

Obyektiv mövqeyin qorunması və aparılan təhlillərin adekvatlığı naminə digər önəmli həqiqəti də mütləq nəzərə almaq lazımdır. Sistemli, xüsusilə də siyasi konfiqurasiya ilə bağlı olan islahatlar mövcud hakimiyyətlər üçün çoxsaylı çətinlik və risklər ilə müşahidə olunur. Məhz bu səbəbdən də yalnız güclü və iradəli hakimiyyət yeni siyasi konfiqurasiyanın formalaşmasına dair qərar qəbul edə bilər. Bir siyasi aksiom kimi qəbul edilməlidir ki, dəyişikliklərə, o cümlədən yeniliklərə, açıq olan hakimiyyət etibarlı, peşəkar və demokratik hakimiyyətdir. Razılaşaq ki, ölkəni “oturuşmuş” sistem şəraitində idarə etmək daha rahatdır. Aparılan islahatların məzmun etibarilə mahiyyəti hakimiyyətin güclənməsi yox, məhz cəmiyyətin dayanıqlı inkişafının təmin olunmasından ibarətdir. Odur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan sistemli islahatlar cəmiyyət tərəfindən alqışlanmalı və fəal şəkildə dəstəklənməlidir.

Bu fikirləri politoloq A.Adil AZƏRTAC-a açıqlamasında bildirib.

Politoloq vurğulayıb ki, ölkəmizdə aparılan islahatlar məhz mərhələli şəkildə və təkamül yolu ilə reallaşır. Çeviklik idarəetmədə önəmli amildir. Sistemli islahatlarda isə sürət heç də keyfiyyət göstəricisi deyil. Burada strateji yanaşma və dövlətçilik təfəkkürü üstünlük təşkil etməlidir. Atılan addımlar lüzumsuz risklərdən sığortalanmalı, habelə bütün ehtimallar nəzərə alınmalıdır. Odur ki, sürətli dəyişikliklərlə bağlı gözləntilər əsassızdır. Unutmamalıyıq ki, dövlət idarəçiliyində aparılan sistemli islahatlarda, eyni zamanda, müəyyən məxfilik də qorunmalıdır. Sistemli islahatlar planının bütün təfərrüatlarının ictimailəşdirilməsi onların aqibətini böyük risklər altına sala bilər. Qeyd olunanları, habelə qonşularımızın heç də birmənalı olmayan davranışını nəzərə alaraq, islahatlarla bağlı olan planların mərhələli şəkildə ictimailəşdirilməsini normal və başadüşülən təcrübə kimi qəbul etməliyik.

Ölkəmizdə aparılan sistemli dəyişiklər sadəcə struktur və normativ dəyişikliklər ilə bitmir. Burada institusional dəyişikliklər qədər önəmli olan amil yanaşmaların dəyişilməsi və yeni münasibətlər sisteminin qurulmasıdır. Məhz gələcəyə yönəlmiş islahatlar ölkənin dayanıqlı inkişafını təmin edə bilər və məhz bu cür islahatlar suverenliyimizin toxunulmazlığının zəmanətidir.

Heç şübhəsiz ki, aparılan islahatlar zamanla bütün sahələri əhatə edəcək. İslahatların sahələr üzrə ardıcıllığını strateji prioritetlər müəyyən edir. İstisna olunmur ki, vəzifələrin icraatı prosesində prioritet hədəflər dəyişilə bilər. Xatırladaq ki, adətən bu cür hallar baş verəndə biz radikalların daha “əlvan” demaqogiyasına şahidlik edirik. Sistemli islahatlarda sadəcə dekorasiyaların dəyişilməsi baş vermir. Ölkədə, sözün əsl mənasında, siyasi münasibətlərin yeni paradiqması formalaşır. Bəli, çətindir və olduqca mürəkkəb prosesdir. Ancaq bütün addımlar xalqın suveren gələcəyini təmin etmək və gələcək nəsilləri müxtəlif stresslərdən sığortalamaq üçün atılır.

“Yeni siyasi konfiqurasiya ilə bağlı olan islahatlar çərçivəsində ən əlamətdar hadisələrdən biri və bəlkə də birincisi “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi olduğunu desək, yəqin ki, yanılmarıq. Sosial şəbəkələrdə dolaşan bütün qeyri-peşəkar şərhlərə və qərəzli tənqidlərə rəğmən əminliklə deyə bilərik ki, qəbul olunmuş yeni Qanunun sayəsində illər sonra ölkəmizdə güclü və bilavasitə dövlətin idarə olunmasında iştirak edən partiyalarının mövcudluğuna şahidlik edəcəyik. Burada aydınlıq naminə və bəzi şərhlərin qərəzliliyini aşkar etmək üçün daha bir siyasi həqiqət qeyd olunmalıdır: partiyaların sayı heç də demokratiyanın göstərici deyil. Siyasi partiyalar müstəvisində əsl demokratik göstərici və effektivliyin meyarı onların siyasi proseslərə təsir etmə potensialıdır. Yeni Qanunun da vəzifə etibarilə əsas təyinatlardan biri məhz siyasi partiyalar arasında qüvvələr balansına nail olmaqdan ibarətdir.

Yeni Qanun sayəsində siyasətdə cəngavərlik münasibətləri dövründən peşəkar və rasional münasibətlər dövrünə keçid rəsmiləşdirib. Təsadüfi deyil ki, Qanuna qarşı çıxış edənlər də məhz dəyişilmək istəməyən, dəyişilmək üçün özündə güc tapmayan və siyasətdə rasional münasibətlərdən çəkinən radikallardır. Bu həmin radikallardır ki, milli həmrəyliyə xidmət edən dialoqa qarşı çıxış edir və milli həmrəyliyə xidmət edən bütün təşəbbüsləri inkar edirlər. Oxumayan və dələduz şagirdin arzusu müəllimin dərsə gəlməməsi və sinifdə qarışıqlığın çıxması olduğu kimi, radikalların da arzusu cəmiyyətdə xaosun yaşanmasıdır. Bəla-siyasətçilərinin bu cür irrasional hədəfləri irrasional metodlardan istifadəni nəzərdə tutur.

Təbii olaraq vətəndaşda sual yarana bilər: “Axı niyə yeni Qanun məhz radikalların “qara kabusuna” çevrilib?” Cavab üzdədir: dəyişiklik qorxusu və natamamlıq kompleksi onları istənilən rasional təşəbbüslərə qarşı çıxış etməyə vadar edir. Doğurdanmı bəzi partiyaların öz fəaliyyətini dayandırması radikalları bu qədər narahat edir? Əlbəttə ki, yox, bunu ehtimal etmək belə özü absurddur. Qərəzli demaqogiyanın arxasında vakuum dayanıb və xain hədəflər gizlədilib. Dialoqu inkar edən radikalların tək məqsədi küçə etirazlarıdır. Bu cür yanaşma rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz”, - deyə politoloq bildirib.

A.Adil diqqətə çatdırıb ki, uzun illər ərzində məhz bu bəla-siyasətçilər ölkədə çoxlu sayda partiyaların olmasını tənqid edib və həmin partiyaların ünvanına atmadıqları böhtan qalmayıb. Xatırladaq ki, məhz radikallar həmin partiyalar ilə bir arada dialoqda iştirak etməkdən israrla imtina edirdilər. Odur ki, siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa etdilər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair inhisarçılıqlarını itirmək qorxusu ilə yaşayırlar.

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar ilə əlaqədar daha dolğun təsəvvürlərin formalaşması və radikalların məsələ ilə bağlı qərəzli mövqeyinin həqiqi təbiətini dərk etmək üçün ötən iki, iki yarım il ərzində iqtidarın mövcud istiqamətdəki təşəbbüslərinin mahiyyətinə diqqət yetirək. Tərəddüdsüz deyə bilərik ki, ötən iki il “siyasi dialoq” məfhumunun aktuallaşdırılması mərhələsi idi. Radikalların təsiri və sifarişli təbliğatı nəticəsində ölkəmizdə siyasi münasibətlər müstəvisində uzun illər ərzində qarşılıqlı etibarsızlıq mühiti yaşanırdı. Əlbəttə ki, bu cür mühit ilk növbədə ölkəmizin inkişafını və milli həmrəyliyi istəməyən qüvvələrin marağına xidmət edir.

Ötən müddət ərzində siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı lazımi vərdiş və səriştələrin inkişaf etdirilməsi üçün böyük addımlar atılıb. Deyə bilərik ki, məhz görülmüş işlər nəticəsində ötən dövr siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi mərhələsi idi. Açıq dialoq mühiti fərqli ideologiya və yanaşma sahibi olan siyasətçilər üçün bir-birinin üzünə baxaraq eşidib və eşidilmək imkanını qazandırıb.

Siyasi dialoq mühitinin aktiv şəkildə təşviq olunan dövrünün daha bir önəmli xüsusiyyəti mövcuddur. Siyasi simpatiyalardan asılı olmayaraq etiraf etməliyik ki, təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə tanıtdırdı. Əlavə olaraq ehtimal edə bilərik ki, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaratmışdır. Məhz elə bu səbəbdən də yeni Qanun qüvvəyə minəndən sonra bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlar verib.

“Formalaşan yeni reallıq fonunda, habelə siyasi fəaliyyətin yeni peşəkarlıq meyarları müəyyən olan bir dövrdə inkişafında durğunluq mərhələsini yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Regionda formalaşan yeni reallıq və dünyada cərəyan edən mürəkkəb siyasi proseslər siyasi münasibətlərin iştirakçılarından yeni və müasir fəaliyyət meyarlarına adekvat olmalarını tələb edir. Bu mənada “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balansına xidmət edir. Razılaşın ki, qeyd olunan fakt yeni Qanunun müsbət təzahür formalarından biridir. Belə ki, Qanunun tələblərinə cavab verən partiyalar rəqabətə dözümlü olduğunu sübut edirlər.

Qeyd olunanları nəzərə alaraq, heç də təəccüblü deyil ki, radikallar bütün qərəzli və demaqogiya xarakterli ritorikanı yeni Qanuna qarşı səfərbər ediblər. Əlbəttə ki, Qanunun əhəmiyyətini şübhə altına almaq üçün bütün üsul və metodlara əl atılacağı da gözlənilən haldır. Təəssüf ki, siyasi şantaj və siyasi reketçilik də həmin metodlar sırasındadır. Misal üçün, dələduzluq ittihamı ilə həbs olunmuş və heç də aparıcı, habelə tanınmış hesab olunmayan “Yüksəliş” partiyasının sədri öz həbsini dolayısı ilə yeni Qanunla əlaqələndirir. Heç bir əlavə şərhə və ya özəl təhlillərə ehtiyac yoxdur. Əlbəttə ki, bu cür hallar yalnız siyasi şantaj və ya siyasi reketçiliyin təzahürüdür. Oxşar hadisələrin yaxın gələcəkdə təkrarlanması da istisna olunmur. Bizim bəzi bəla-siyasətçilərimiz obyekt kimi istifadə etdikləri partiyaların hətta bağlanılmasından belə dividend qazanmaq arzusundadırlar.

Əlbəttə ki, hakimiyyəti islahatlardan çəkindirmək ilə bağlı bütün cəhdlər boşa çıxacaq. Ölkəmizin yeni beynəlxalq obrazını formalaşdıran və yeni münasibətlər sistemini müəyyən edən islahatlara start verilib və bu islahatlar müstəqil siyasətin tərkib hissəsidir. Başlanılmış prosesi dayandırmaq mümkünsüzdür. Zamanla Qarabağ müharibəsində Azərbaycanın qələbəsinə inanmayanlar artıq bu həqiqəti də qəbul etməlidirlər”, - deyə politoloq A.Adil qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İraq ABŞ qüvvələrinin əsas qərargahını təhvil alıb

Tarixçi alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb