Siyəzəndə evləri təhlükəli vəziyyətə düşmüş sakinlər üçün müvəqqəti yaşayış məqsədilə iki çadır qurulub
Bakı, 5 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinə (FHN) Siyəzən rayonunun Sədan kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd sakinləri üçün müvəqqəti yaşayış məqsədilə iki çadır quraraq vətəndaşlara təhvil veriblər.