SOCAR və TPAO birgə həyata keçirilən layihələrin icra vəziyyətini dəyərləndirib
Bakı, 15 may, AZƏRTAC
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Türkiye Petrolleri A.O.” (TPAO) şirkətinin Xarici layihələr İdarəsinin rəisi Çağrı Şirin və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Halil Buğra Yavuz ilə görüşüb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR ilə TPAO arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, bu xüsusda, ötən il TPAO şirkətinin “Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü haqqında Saziş”ə qoşulmasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı şirkətlərin birgə iştirakı ilə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.