Son iki sutka ərzində Özbəkistanda koronavirusundan 789 nəfər sağalıb
Daşkənd, 27 aprel, АZƏRTAC
Bu günədək Özbəkistanda COVID-19 koronavirusundan 789 nəfər sağalıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son iki sutka ərzində COVID-19 koronavirusuna yoluxanların sayı 51 nəfər artaraq 1889 nəfərə çatıb. Bildirilib ki, bu virusa yoluxanların sayı getdikcə aşağı düşür. Cəmi 10 gün əvvəl bir sutkada 80-100 xəstə qeydə alınırdısa, son iki gündə cəmi 51 nəfər xəstələnib. Sağalanların sayı isə sürətlə artır, indiyədək 789 nəfər sağalıb, 1092 xəstə müalicə alır, 8 xəstə ölüb.
Məlumatda bildirilir ki, artıq Özbəkistanın iki vilayətində karantin rejimi ləğv edilib, ölkə üzrə tikinti materialları bazarı, notarial kontorlar, kimyəvi təmizləmə və maşın təmiri obyektləri açılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]