DÜNYA
Son sutka ərzində Özbəkistanda 746 nəfər koronavirusa yoluxub
Daşkənd, 1 avqust, АZƏRTAC
Özbəkistanda koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Son sutka ərzində ölkədə bu virusa 746 nəfər yoluxub. Bununla da yoluxanların sayı 24 min 304-ə çatıb.
AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son sutkada ölkədə virusdan beş nəfər ölüb. COVID-19 pandemiyasından ölənlərin sayı 142 nəfərdir.
Xəstəxanalarda 9697 nəfərin olduğu bildirilir. Onların 594-nün vəziyyəti ağır, 197-nin vəziyyəti isə kritikdir.
Ötən gün Qaraqalpaq Respublikası parlamentinin sədri, Özbəkistan Senatı sədrinin müavini Musa Erniyazov koronavirusdan dünyasını dəyişib. Avqustun 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Musa Erniyazovun məzarını ziyarət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd