Son sutkada koronavirusdan İranda 212 nəfər ölüb
Tehran, 4 avqust, AZƏRTAC
Son 24 saat ərzində İranda 2 min 751 nəfər yeni növ koronavirusa yoluxub, 212 nəfər isə vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari mətbuat konfransında məlumat verib. Bununla da İranda yoluxanların ümumi sayı 314 min 786 nəfərə, ölənlərin sayı isə 17 min 617-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 272 min 535 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 min 132 nəfərin vəziyyəti ağır olaraq qalır.
İranın Xarici İşlər Nazirliyi BBC televiziya kanalında nümayiş olunan reportaja etiraz edib. Qeyd olunub ki, reportajda İran haqqında göstərilən faktlar həqiqəti əks etdirmir. Telekanalın verilişində bildirilib ki, İranda virusa qarşı effektiv mübarizə aparılmır, əsl rəqəmlər gizlədilir. Yoluxanların sayı milyonlarladır, ölənlərin sayı 42 mindən çoxdur.
İran bu verilişin təxribat xarakteri daşıdığını və İranda ictimai-siyasi sabitliyi pozmağa yönələn addım kimi dəyərləndirib.
Hazırda İranın 13 vilayəti qırmızı zonaya daxildir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:50]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:47]
İran yenidən İsrailə hava zərbələri endirib
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]