Stolüstü tennis üzrə kişilər arasında fərdi yarışların 1/16 final mərhələsinə yekun vurulub
Bakı, 17 may, Bəhruz Vəliyev, Xanım Nağıyeva AZƏRTAC
Mayın 17-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə kişilər arasında 1/16 final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, kişilərin fərdi yarışında Azərbaycanı təmsil edən hər iki idmançı səkkizdəbir final mərhələsinə keçib.