İDMAN
Stolüstü tennis üzrə kişilərin və qadınların yarışında səkkizdəbir finalçılar məlum olub
![](/files/galleryphoto/2015/2/1200x630/14345608731954956607_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434560873696657026_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345608734399359244_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434560873173635125_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345608736361933720_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/1434560873281409233_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345608735956157398_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14345608736220038475_1200x630.jpg)
Bakı, 17 iyun, Flora Şükürova, AZƏRTAC
İyunun 17-də birinci Avropa Oyunlarında stolüstü kişilər və qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışların ikinci mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün birinci yarısında növbəti mərhələyə çıxmaq uğrunda qadın tennisçilər mübarizəyə qoşulublar. Qarşılaşmaların nəticələrinə əsasən səkkizdəbir final uğrunda mübarizə aparacaq cütlüklər müəyyən olunub. Belə ki, iyunun 18-də Han Yinq (Almaniya) - Sofiya Polçanova (Avstriya), Ksue Li (Fransa) - Li Çji (Hollandiya), Yeva Odorova (Slovakiya) - Renata Stribkova (Çexiya), Marqarita Pesotskaya (Ukrayna) - Ksia Lian Ni (Lyuksemburq), Elizabeta Samara (Rumıniya) - Cian Li (Polşa), Tetyana Bilenko (Ukrayna) - Melek Hu (Türkiyə), Petrissa Solya (Almaniya) - Qalya Dvorak (İspaniya) və Çjao Li (Hollandiya) - Jya Liu (Avstriya) qarşılaşmalarında qitənin ən güclü 8 tennisçisi müəyyən ediləcək.
Kişilər arasında keçirilən yarışlarda da səkkizdəbir finalda mübarizə aparacaq idmançılar məlum olub. Səkkizdəbir finalda Dmitri Ovçarov (Almaniya) və Adrian Mattenet (Fransa), Kalinikos Kreanqa (Yunanıstan) Andrey Qaçina (Xorvatiya), Boyan Tokiç (Sloveniya) Pol Drinkhol (Böyük Britaniya), Par Gerell (İsveç) Markos Freytas (Portuqaliya), Vladimir Samsonov (Belarus) Simon Qauzi (Fransa), Kristian Karlsson (İsveç) Tiaqo Apolonia (Portuqaliya), Ley Kou (Ukrayna) Ştefan Feqerl (Avstriya), Vanq Yanq (Slovakiya) isə Liam Pitçford ilə üz-üzə gələcəklər.