Stolüstü tennis üzrə qadınların fərdi yarışında Azərbaycan təmsilçiləri iki medal qazanıblar
Bakı, 19 may, B.Vəliyev, X.Nağıyeva, AZƏRTAC
Mayın 19-da Azərbaycanın stolüstü tennisçiləri İslamiadada ilk medalları komandamızın aktivinə yazdırıblar.
AZƏRTAC xəbər verir ki, medallardan biri gümüş, digəri isə bürüncdür.
Qadınların fərdi yarışının final görüşündə Türkiyə təmsilçisi Melek Huya uduzan Zinq Ninq gümüş medalla kifayətlənməli olub.
Bu yarışda digər tennisçimiz Miao Vanq isə üçüncü yer uğrunda oyunda iranlı Nedə Şahsavari üzərində qələbə qazanaraq bürünc medala layiq görülüb.
Mükafatlandırma mərasimində qaliblərə medalları Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayev təqdim edib.