Stolüstü tennisçilərimiz Qazaxıstanda keçirilən beynəlxalq turnirdə iki medal qazanıblar
Bakı, 13 mart, AZƏRTAC
Stolüstü tennis üzrə Azərbaycan yığması Qazaxıstanın Çimkənt şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Milli Qəhrəmanı Akpan Batırın xatirəsinə həsr olunmuş turnirdə stolüstü tennisçilərimiz 2 medal qazanıblar. Qadınların komanda yarışlarında yığmamızın üzvləri Məryəm İmanova və Nəzakət Qarayeva gümüş medala sahib olublar. Şəxsi yarışlarda isə Məryəm İmanova bürünc medal qazanıb.
Turnirdə 7 ölkədən 19 komanda gücünü sınayıb.