Sudanda etiraz aksiyaları zamanı 7 nəfər ölüb
Əddis-Əbəbə, 1 iyul, AZƏRTAC
Sudanda bazar günü keçirilən etiraz aksiyaları zamanı 7 nəfər ölüb, 181 nəfər zərər çəkib.
AZƏRTAC SUNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Sudanın Səhiyyə Nazirliyinin katibi Süleyman Abdulcabbar məlumat verib. Onun sözlərinə görə, 181 nəfərdən 27-si odlu silahdan yaralanıb.
Xatırladaq ki, dörd ay sürən etiraz aksiyalarının fonunda iyunun 11-də Sudanda hərbi çevriliş baş verib. Ölkədə mülki hakimiyyət orqanlarının yaradılması tələbi ilə kütləvi etirazlar keçirilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]