DÜNYA
Sudanda hökumət əleyhinə etirazlar zamanı 7 nəfər öldürülüb
![Sudanda hökumət əleyhinə etirazlar zamanı 7 nəfər öldürülüb](/files/2022/1/1200x630/16425146651094442629_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
Sudanın paytaxtı Xartum şəhərində hökumət əleyhinə etirazlar zamanı azı 7 nümayişçi təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, iğtişaşlar nəticəsində yüzdən çox insan yaralanıb.
Sudan Mərkəzi Həkimlər Komitəsinin məlumatına görə, 25 oktyabr çevrilişindən sonra hərbi idarəçiliyə qarşı bir neçə kütləvi nümayiş keçirilib. Nümayişlər zamanı azı 71 nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Qeyd edək ki, ötən həftə Birləşmiş Millətlər Təşkilatı böhrana son qoymaq üçün tərəflər arasında məsləhətləşmələrə başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [14:53]
Sudanın 14 bölgəsi aclıq təhlükəsi ilə üzləşib
- 28.06.2024 [14:52]
Özbəkistan quş əti ixracına məhdudiyyətləri ləğv edir
- 28.06.2024 [14:51]
Türkiyənin may ayı üçün ticarət rəqəmləri açıqlanıb
- 28.06.2024 [14:30]
Panama kanalında suyun səviyyəsi azalır
- 28.06.2024 [14:10]
İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb
- 28.06.2024 [13:00]