Sumqayıtda çoxlu bıçaq zərbəsi alan kişinin həyatını həkimlər xilas ediblər
Sumqayıt, 27 aprel, AZƏRTAC
Sumqayıt şəhər təcili tibbi xəstəxanasının həkimləri iş yoldaşı tərəfindən bıçaqlanan Xəlilov Ramil Oruc oğlunun həyatını xilas ediblər.
Bunu AZƏRTAC-a xəstəxananın baş həkimi Rauf Sadıqov bildirib. O, aprelin 26-da axşam saatlarında xəstəxanaya çatdırılan 37 yaşlı Sumqayıt sakini R.Xəlilovun dərhal əməliyyat olunduğunu qeyd edib. Onun səhhəti ağır stabildir və müalicəsi reanimasiya şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə 9-cu mikrorayon ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü R.Xəlilov Elxan adlı iş yoldaşı tərəfindən bıçaqlanıb. Ona beşdən çox bıçaq zərbəsi vurulub.
Faktla bağlı araşdırma aparılır.