Sumqayıtda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var YENİLƏNİB
Sumqayıt, 8 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər təcili tibbi xəstəxanasının baş həkimi Rauf Sadığov AZƏRTAC -a bildirib ki, avtobusda olan 14 sərnişin müayinədən keçirilib. Onlardan 10 nəfəri evə buraxılıb, 2 nəfərə ambulator yardım göstərilib. Hazırda xəstəxanada 2 sərnişin müalicə alır. Onların vəziyyəti kafidir.
Hadisə Sülh prospektində baş verib. 2 və 9 nömrəli marşrut xətti ilə hərəkət edən sərnişin avtobusları toqquşub. İlkin məlumata görə, arxadan gələn avtobusun sürücüsü idarəetməni itirib və qarşıdakı avtobusu vurub.
X X X
11:54
Bu gün səhər saatlarında Sumqayıtda iki sərnişin avtobusu toqquşub.
AZƏRTAC xəbər verir ki, şəhərin girişində - Sülh prospektində qeydə alınan qəzada xəsarət alan 14 nəfər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.