CƏMİYYƏT
Sumqayıtda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı konfrans keçirilmişdir
![Sumqayıtda “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı konfrans keçirilmişdir](/files/2013/3/1200x630/140714512731975785_1200x630.gif)
Sumqayıt, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Sumqayıtın Nəriman Nərimanov adına Mədəniyyət evində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi çərçivəsində konfrans keçirmişdir. Tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclərinin təşkilatı dəstəyi ilə baş tutmuşdur.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan respublikasının Dövlət himninin səslənməsi ilə başlamışdır. “TUMİB-nin sədri Çingiz Bayramov iştirakçılara layihənin əhəmiyyətindən danışaraq bildirmişdir ki, ulu öndər Heydər Əliyevin bizə qoyub getdiyi və hər bir azərbaycanlının qürur yeri olan azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur. O, qeyd etmişdir ki, azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Ulu Öndərimizin adı ilə bağlıdır.
Daha sonra çıxış edənlər vurğulamışlar ki, dünyada yaşayan azərbaycanlıların güclü olması üçün gənc nəslin milli ruhda yetişdirilməsi vacibdir.