SUMQAYITDA NÖVBƏTİ ƏMƏK YARMARKASI KEÇİRİLMİŞDİR
Sentyabrın 12-də Sumqayıtdakı İdman-konsert salonunda ənənəvi əmək yarmarkası təşkil olunmuşdur. Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1997-ci ildən etibarən hər il burada belə yarmarkalar keçirir.
İşə düzəlmək istəyənlərə əmək haqqı orta hesabla 320 min manat olmaqla 60 müxtəlif ixtisas üzrə 700 iş yeri təklif edilmişdir.