SUMQAYITLILAR MİLLİ QURTULUŞ GÜNÜNÜ QEYD ETMİŞLƏR
Şəhər icra hakimiyyətinin, idarə və təşkilatların, bələdiyyələrin, sənaye müəssisələrinin, özəl bölmənin rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri abidə önünə al qızılgüllər düzmüş, ümummilli liderin nurlu xatirəsini böyük ehtiramla anmışlar.
Sumqayıtın tarixinin bir çox məqamları Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və şəhərə göstərdiyi xüsusi diqqət sayəsində burada iqtisadiyyat, xüsusilə metallurgiya, elektroenergetika və digər sahələr dirçəldilir. Son illər şəhərdə böyük dəyişikliklər baş vermişdir. Yüzlərlə yeni iş yeri açılmış, yaşayış massivləri, küçə və meydanlar abadlaşdırılmış, sosial təyinatlı çoxlu obyekt yaradılmışdır.