SURAXANIDA GÜL BAYRAMI KEÇİRİLMİŞDİR
Hər ilin mayın əvvəlində ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Suraxanı rayonunda Gül bayramı keçirilir.
AZƏRTAC xəbər verir ki, bu il ənənəvi bayram Qaraçuxurdakı Veteranlar xiyabanında keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatları, ümumtəhsil məktəbləri, uşaq tərbiyə ocaqları iştirak etmişlər. Burada çoxsaylı gül kompozisiyaları, pannolar, şəkil və plakatlar, əl işləri münsiflər heyətinin mühakiməsinə verilmişdi. Hər biri yüksək zövqlə, ustalıq və sənətkarlıqla tərtib olunmuş bu işlər tamaşaçıların zövqünü oxşayırdı.
Gül bayramı ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunduğu üçün nümayiş etdirilən buketlər, çələnglər xüsusi zövqlə hazırlanmışdır.
Yaradıcı yanaşma, ən yaxşı gül-çiçək kompozisiyası, ən yaxşı dekorativ gül rəsmi, ən yaxşı tətbiqi sənət nümunəsi, ən gözəl gül geyimi, gül mövzusunda ən yaxşı müəllif fotosu, asfalt üzərində ən yaxşı gül rəsmi nominasiyalarının qaliblərinə diplom və pul mükafatı verilmişdir.
Gül bayramı incəsənət ustalarının maraqlı konserti və atəşfəşanlıqla başa çatmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:12]
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır
- 05.06.2026 [19:03]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]