MƏDƏNİYYƏT
ŞUŞALILAR AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİ DƏSTƏKLƏYİRLƏR
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, yığıncaqda rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, uşaq incəsənət məktəbinin direktoru Oqtay Allahverdiyev, Azərbaycan Prezidenti Heydər Əliyevin vəkili, Milli Məclisin deputatı Elman Məmmədov, Musiqi Texnikumunun direktoru Eldar Əliyev, Mədəni-Maarif Texnikumunun direktoru Sərhəd Bünyadov, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Musayev və başqaları çıxış edərək bildirmişlər ki, Şuşanın mədəniyyət işçiləri qarşıdan gələn prezident seçkilərində öz seçimlərini artıq ediblər. Onların yeganə namizədi Azərbaycan dövlətçiliyinin, sabitliyin, əmin-amanlığın və işıqlı gələcəyin qarantı olan Heydər Əliyevdir. Şuşalılar inanırlar ki, zəbt olunmuş bütün Qarabağ torpaqları məhz ölkə başçısı Heydər Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində erməni işğalçılarından təmizlənəcəkdir.
Axırda incəsənət ustalarının ifasında konsert olmuşdur.