SİYASƏT
ŞUŞALILAR ƏN LAYİQLİ NAMİZƏDƏ SƏS VERƏCƏKLƏR
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Şuşa rayon mədəniyyət işçiləri və mədəni-maarif müəssisələri kollektivlərinin prezident seçkiləri ilə bağlı yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, uşaq incəsənət məktəbinin direktoru Oqtay Allahverdiyev, Musiqi Texnikumunun direktoru Eldar Əliyev, Mədəni-Maarif Texnikumunun direktoru Sərhəd Bünyadov, Milli Məclisin deputatları Musa Musayev, Elman Məmmədov və başqaları çıxış edərək bildirmişlər ki, Şuşanın mədəniyyət işçiləri qarşıdan gələn prezident seçkilərində öz seçimlərini artıq ediblər. Onlar Azərbaycan dövlətçiliyinin, sabitliyin, əmin-amanlığın və işıqlı gələcəyin qarantı olan namizədə səs verəcəklər. Şuşalılar inanırlar ki, zəbt olunmuş bütün Qarabağ torpaqları tezliklə erməni işğalçılardan təmizlənəcəkdir.
Axırda incəsənət ustalarının ifasında konsert olmuşdur.