Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUSUZLUĞU ƏVVƏLCƏDƏN YATIRIN

Qızmar yay günlərində bir yandan da susuzluq adama əziyyət verir. Yemək isə çox vaxt heç yada da düşmür. Göydən az qala od yağanda iştaha olarmı?! Havanın hərarəti artdıqca, iştaha da kəsilir. Belə havada elə hey içmək istəyirsən...

Ekspertlərin fikrincə, çoxlu su içmək lazımdır. Bəs nə içməli? Yaşlı adam yayda hər gün 2,5 litr maye qəbul etməlidir. Uşağa isə gündə beş stəkan sodalı su kifayətdir.

Qəribə də olsa, ekspertlər susuzluğu əvvəlcədən yatırmağı məsləhət görürlər. Ağızda və boğazda quruluq açıq-aşkar həyəcan siqnalıdır, yəni orqanizmin təcili olaraq əlavə maye qəbul etməyə ehtiyacı var. Məsələn, hesablanmışdır ki, insan bədəninin üç kiloqramdan artıq maye itirməsi ürəkgetməyə və bayılmaya səbəb ola bilər.

Bəs nə içməli? İndi bu suala daha konkret cavab vermək olar. Misal üçün, temperatur təxminən 30 dərəcə və daha yüksək olduqda adi su, mineral su, çay, mineral su qatılmış alma şirəsi, portağal şirəsi və ya bu qəbildən olan başqa içkilər içmək məsləhətdir. “Kola”nı, “sprayt”ı və tonusu artıran preparatların və meyvə cövhərlərinin qatışığı əlavə olunmuş digər qazlı içkiləri isə qoy onları reklam edənlər özləri içsinlər. Çünki bu içkilər susuzluğu yalnız bir anlığa yatırır.

Mütəxəssislərin fikrincə, qəhvə və pivə də “yasaq” içkilər sırasına daxildir. Qəhvə və tərkibində kofein olan digər cövhərlər, eləcə də pivə sidikqovucu effektə malik olduqlarından orqanizmi susuzlaşdırırlar.

Maye ehtiyatını qismən alternativ yolla - meyvə və tərəvəz yeməklə də artırmaq olar, çünki onların tərkibində su ilə yanaşı, çoxlu vitamin və ballast maddələr də var. İstidən əziyyət çəkən orqanizmə də məhz bunlar lazımdır.

İstidə hələ heç kim acından ölməyibdir. Buna baxmayaraq, mütləq yemək gərəkdir. Amma həddində. Bu, xüsusən ət xörəklərinə aiddlir. Bişirilmiş və qızardılmış yeməkləri isə heç yada da salmayın, əvəzində, balığ xörəklərinə, meyvə və tərəvəzə güc verin.

Daha bir məsləhət. Yayda mədəni yükləməyin. Dondurma gördükdə, nəfsiniz sizə güc gəlməsin, ondan vaz keçsəniz yaxşıdır. İllah da ki qədd-qamətini saxlamaq istəyənlər. Cəmi bircə dondurma kalorinin miqdarına görə, yaxşı kolbasadan düzəldilən iki iri buterbroda bərabərdir. Gündəlik normadan artıq və hətta çörəksiz yeyilən cəmi üç nazik dilim “salyami” kolbasası insanı ildə beş kiloqram kökəldir.

X x x

İNSAN DÜNYAYA XOŞBƏXTLİK VƏ SEVİB-SEVİLMƏK                                   ÜÇÜN GƏLİR

 

İnsan dünyaya xoşbəxtlik və sevib-sevilmək üçün gəlir və yalnız müəyyən müddətdən sonra ağrı-acıya, əzab-əziyyətə vərdiş etməyə başlayır. Təbiətşünaslıqdan daha çox ilahiyyatçıların və şairlərin əsərləri üçün münasib olan bu tezis bir qrup Kanada və İsveç aliminin apardığı tədqiqatlarda dolayısı ilə öz təsdiqini tapmışdır. “Neyçur neyrosayens” bülleteninin növbəti nömrəsində dərc olunmuş hesabat belə güman etməyəəsas verir ki, yeni doğulmuş körpə valideynlərinin qayğısını və nəvazişini onlarla bilavasitə təmasdan əvvəl hiss edir.

Bu qəbul xarici təsir siqnalları beyinə sinir sistemi vasitəsilə ötürülür. Alimlərə çoxdan məlum idi ki, insanın və heyvanların dərisində iki cür əsəb telləri mövcuddur: bir qədər qalın və nazik. Sinir impulslarının “retranslyasiyasının” nisbətən ləng getdiyi daha nazik əsəb tellərinin rolu  aydın deyildi. Bunu dəqiqləşdirmək fizioloji cəhətdən qeyri-mümkün sayılırdı, çünki sağlam insanın dərisi ilə hər hansı təmas zamanı tellərin hər ikisi eyni vaxtda “işə düşür”.

İTAR-TASS-ın verdiyi xəbərə görə, 54 yaşlı bir kanadalı qadının qeyri-adi xəstəliyi bu məsələnin həllinə kömək etdi. O, 31 yaşından başlayaraq burun nahiyəsindən aşağıda üz və bədən dərisinin hissetmə qabiliyyyətini tədricən itirməyə başlamışdır. Çimdik kimi kobud təmasları o, “kütləşmiş yandırma” kimi hiss edir. Vibrasiya kimi təsirlərin bəzi növlərini isə  ümumiyyətlə, duymur.

Tədqiqatlar göstərdi ki, xəstənin qalın əsəb telləri ölgünləşmiş, nazik əsəb telləri isə öz fəaliyyətini davam etdirir. Yeriyərkən bədəninin hərəkətini hiss etməyən, gecənin bir yarısı ayılıb, yorğanla örtülüb-örtülmədiyini bilməyən bu qadın bazı önünün yumşaq fırça ilə sığallandığını hiss etmişdir! Xəstə həkimlərin nə etdiyini, hətta fırçanın hansı istiqamətdə hərəkət etdiyini də deyə bilmirdi, lakin bununla belə, xoş hisslər keçirdiyini təsdiq edirdi. Onun reaksiyası nəzarət yoxlaması keçən  normal sinir sisteminə malik 24 yaşlı könüllünün təəssüratlarından heç nə ilə fərqlənmirdi.

Təbiətin bizə birdən-birə niyə iki siqnal sistemi bəxş etməsi axıradək aydın deyildir. Yeni tədqiqatın müəllifləri fərz edirlər ki, zərif liflər yenicə doğulmuş körpəni emosional komfortla təmin edir və valideynlərə gələcək nəslin qayğısına qalmağı “öyrədir”. Məlumdur ki, “ləng” əsəb əlaqələri körpələrdə həyata qədəm qoyduqları ilk saatlardan, bəlkə də doğumdan qabaq fəaliyyət göstərir. Qalın və eyni zamanda sürətlə təsir göstərən kanallar bir qədər sonra formalaşır və onunla birlikdə real təmas hissi də yaranır. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO