İDMAN
Suya tullanma üzrə Azərbaycan idmançısı finalda qalib gələcəyinə ümid edir
![](/files/galleryphoto/2015/2/1200x630/14346302931589847196_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14346295254771613447_1200x630.jpg)
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan atleti Artyom Danilov yarışın çox yüksək səviyyədə təşkil olunduğunu söyləyib.
AZƏRTAC xəbər verir ki, idmançımız bəzi məqamları istisna etməklə 1 metr hündürlüyündə tramplindən tullanma yarışının uğurlu keçdiyini deyib. Öz çıxışından razı qaldığını ifadə edən idmançımız final yarışında qalib gələcəyinə ümid etdiyini söyləyib.
Yarışda əsas rəqiblərinin Rusiya, Danimarka və Böyük Britaniya idmançılarının olduğunu söyləyən A.Danilov ilk altılıqda olacağına əminliyini ifadə edib. İdmançımız "Bakı-2015" birinci Avropa Oyunlarının "Rio-2016" Olimpiya Oyunları üçün tramplin olduğunu deyib. Bildirib ki, qarşıdakı əsas məqsədi "Rio-2016" Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır.
Yarışda Azərbaycanı təmsil etməkdən qürur duyduğunu qeyd edən atletimiz tamaşaçıların dəstəyindən məmnunluğunu ifadə edib.