TACİKİSTAN PREZİDENTİ 2006-CI İLİ ARİ SİVİLİZASİYASI İLİ ELAN ETMİŞDİR
İTAR-TASS xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmonov 2006-ci ilin “Ari sivilizasiyası ili” elan edilməsi haqqında fərman imzalamışdır.
Fərmanda deyilir ki, bu, dünya sivilizasiyasının tarixinə, nəsillərin milli özünüdərk ruhunda tərbiyə almasına, xalqlar və mədəniyyətlər arasında əlaqələrin möhkəmlənməsinə arilərin (Hind-Avropa dil birliyindən olan xalqların) töhfəsinin və ümumiyyətlə, onların bəşər tarixində rolunun öyrənilməsi və təbliği məqsədi ilə edilir.
Ari sivilizasiyası ilinin keçirilməsi ilə bağlı tədbirlər Tacikistanın dövlət müstəqilliyinin 15-ci ildönümü günü – 2006-cı il sentyabrın 9-da olacaqdır.