Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona
Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, tarixi ənənələrə əsaslanan Azərbaycan-Tacikistan dostluğunun və əməkdaşlığının daim möhkəmləndirilməsi, xalqlarımızın iradəsini əks etdirən dövlətlərarası münasibətlərimizin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə, hörmətli Emoməli Şərifoviç, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Tacikistan xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 avqust 2011-ci il.