RƏSMİ XRONİKA
TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONOVA
Hörmətli Emoməli Şərifoviç,
Tacikistan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Əminəm ki, bundan sonra da birgə səylərimiz Azərbaycan ilə Tacikistan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın daha da möhkəmlənməsinə və inkişaf etməsinə yönəldiləcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Tacikistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
8 noyabr 2006-cı il.