Taekvandoçumuz Məhəmməd Məmmədov "Bakı-2017"nin bürünc medalına layiq görülüb
Bakı, 18 may, Nihad Budaqov, AZƏRTAC
Taekvandoçumuz Məhəmməd Məmmədov (63 kq) İslamiadanın bürünc medalı ilə kifayətlənməli olub.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz yarımfinalda Qazaxıstan idmançısı Alimjan Serikbayevə 7:8 hesabı ilə uduzub. Bununla da Məhəmməd Məmmədov "Bakı-2017"də Azərbaycan taekvandoçularının aktivinə ilk bürünc medalı yazdırıb.
Mübarizəyə səkkizdəbir finaldan qoşulan yığma komandamızın üzvü İndoneziya təmsilçisi İbrahim Zarmana 9:2 hesabı ilə qalib gəlib. Məhəmməd Məmmədov ikinci görüşündə mərakeşli Ömər Xəyyamini 26:10 hesabı ilə məğlub edərək yarımfinal mərhələsində yarışmaq hüququ qazanıb.