Tailandda 20 insan avtobusda diri-diri yanıb
Bakı, 30 mart, AZƏRTAC
Myanmadan olan 20 muzdlu işçi Tailandda ikimərtəbəli, 50 nəfərlik avtobusun naməlum səbəbdən yanması nəticəsində ölüb.
AZƏRTAC The Nation-a istinadla xəbər verir ki, hadisə Tak vilayətində, avtobus şosedə hərəkətdə olarkən baş verib. 47 miqrantı daşıyan avtobus gözlənilmədən içəridən alışıb.
Sağ qalan şahidlərin sözlərinə görə, alışma salonun ortasında başlayıb və qısa zamanda avtobusun arxa hissəsinə yayılıb.
Sürücü avtobusu saxlamağa macal tapıb və bundan sonra o özü, həyat yoldaşı və növbətçi sürücü ilə yanaşı 24 sərnişin avtobusu tərk edə bilsələr də, arxa hissədə sıxışıb qalan 20 sərnişin diri-diri yanaraq ölüb.
Məlumata görə, yanğınsöndürənlər sürücünün çağırışı ilə alovu tez söndürüblər. Lakin içəridə qalan insanların həyatını xilas edə bilməyiblər. Yanğınsöndürənlər və polis hadisənin təhqiqatını aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]