TAİLANDIN KRALI ƏLAHƏZRƏT BHUMİBOL ADULYADEYƏ
Tailand Krallığının milli bayramı – Kralın təvəllüd günü münasibətilə Sizi və Sizin simanızda bütün Tailand xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan Respublikası ilə Tailand Krallığı arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 2 dekabr 2003-cü il.