Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

TAP boru kəməri 3 ssenaridə genişləndirilə bilər

TAP boru kəməri 3 ssenaridə genişləndirilə bilər

Bakı, 18 may, AZƏRTAC

Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəməri genişləndirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru TAP AG şirkəti məlumat yayıb.

Bildirilir ki, TAP-ın bazar araşdırmasının yekun mərhələsi sayılan iyulun 17-dək olan iki aylıq müddətdə testlərin məlumat mərhələsi başlayıb. Bu mərhələ TAP, İtaliyadakı ötürücü sistem operatoru “Snam Rete Gas” (SRG) və Yunanıstandakı operator DESFA-nın layihə təkliflərinin Yunanıstan, Albaniya və İtaliyanın milli tənzimləyici orqanları tərəfindən bu ilin mayında təsdiqlənməsindən sonra başlayır. Layihə təklifləri 17 iyul - 20 iyul tarixləri arasında təqdim edilə bilər.

TAP-ın idarəetmə direktoru Luca Schieppati deyib: “Müvafiq tələb və təklifə uyğun olaraq TAP-ın potensialının mərhələlərlə genişləndirilməsi xüsusilə Cənubi Şərqi Avropa bölgəsindəki ölkələrin dekarbonlaşma hədəflərinə çatmalarını təmin edəcək mühüm fürsətdir”.

TAP AG-nin Ticarət şöbəsinin rəhbəri Marija Savova əlavə edib: “TAP hazırda 3 genişləndirmə ssenarisi təklif edir: məhdud genişləndirmə (təqribən ildə 14,4 milyard kubmetr), qismən genişləndirmə (illik 17,1 milyard kubmetr) və tam genişləndirmə (ildə təxminən 20 milyard kubmetr)”.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 2 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağında hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin bir sıra qərarları ləğv edilib

Sankt-Peterburq Hərbi Rabitə Akademiyasında partlayış nəticəsində 7 hərbçi yaralanıb

Qızıl Avropa Liqası: Azərbaycanın qadın voleybol millisi Xorvatiyanı məğlub edib

Türkiyə parlamentinin spikeri azərbaycanlı gəncləri qəbul edib

Premyer Liqa: Çempion 7 qolun vurulduğu oyunda "Turan Tovuz"a qalib gəlib

Azərbaycanla Kuba arasında COP29-la bağlı fikir mübadiləsi aparılıb

Əməkdar rəssam Həmzə Sadiqovun fərdi yaradıcılıq sərgisi açılıb

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var

Saatlıda minik avtomobili su kanalına düşüb VİDEO

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb

Vəkillər Kollegiyasının rəhbərliyi hakim təyin olunan vəkilləri təltif edib

FAO, üzvləri və tərəfdaşları COP29-a hazırlaşır

Yığmanın baş məşqçisi: Təəssüf ki, komanda bu gün istədiyi oyunu nümayiş etdirə bilmədi

Böyük Britaniya Şimali Koreyaya və Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi Rumıniya seçməsinə məğlub olub

“Şəhidi şəhidimiz, bayrağı bayrağımız” - ədəbi-bədii gecə

FHN: İntensiv yağışlar səbəbindən Kürdəmir və Saatlıda bəzi ərazilər subasmaya məruz qalıb VİDEO

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Fransa Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərib

Elm və təhsil naziri Masallıda vətəndaşlarla görüşüb

Azərbaycanın təmir üçün göndərdiyi manevr teplovozlarından biri Bakıya çatdırılıb

Rusiya səfiri: Britaniya Ukrayna müharibəsinin “de-fakto” iştirakçısıdır

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı təsdiqlənib

Nazir müavini: COP29-un müvəffəqiyyətini təmin etmək üçün irəli sürülən təşəbbüslərin reallaşdırılması üzrə işlər aparılır

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edib

Alimlərin sintez etdiyi yeni maddələr Altsheymerin və şəkərli diabetin müalicəsində istifadə olunacaq

Deputat: Dövlət iqlim dəyişikliyilə bağlı özəl sektorun bütün təşəbbüslərini dəstəkləməyə hazırdır

Azərbaycan hərbi pilotlarının iştirak etdiyi “Anadolu Ankası–2024” beynəlxalq təlimi başa çatıb VİDEO

Belarus Prezidentinin Füzuliyə və Şuşaya səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir ŞƏRH

® “Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!

Hesablama Palatasının nümayəndə heyəti Kazanda beynəlxalq tədbirdə iştirak edib

Bakıda “AzMİ Akademiya” yaradılır

Kirayə mexanizmi çərçivəsində daha 328 mənzil vətəndaşların seçiminə verilir

“Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda təşkil olunan təlim proqramı başa çatıb

® “Kapital Bank”ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər

Baş məşqçi: Nazim Babayev və Anna Skidanın Avropa çempionatında iştirakı dəqiqləşib

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb

Salyan rayonundakı regional seminar-müşavirə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunub

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub

Sabah muzeylərdə “Açıq qapı” günü olacaq

Moskvada Qazaxıstan və Rusiya arasında sərhədlərin demarkasiya planı müzakirə olunub

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin Texnoloji fakültəsini ziyarət edib

Kitabxanaşünaslığın aktual problemləri müzakirə edilib

Nağdsız valyuta bazarında 9 milyard dollarlıq əməliyyat baş tutub

Türkiyədə arxeoloji qazıntı və tədqiqatların sayının 2026-cı ilə qədər 800-ə çatacağı gözlənilir

Fizika və astronomiyanın problemləri - elmi konfrans

“Caspian Agro 2024” sərgisi çərçivəsində aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilib

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Avropa Kuboku üçün heyəti açıqlanıb

Təranə Yusifova: Cahangir Cahangirovun musiqisi o qədər əsrarəngizdir ki...

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş olub

Meksika körfəzində barjın toqquşması nəticəsində təxminən 48 barel neft sızması baş verib

Azərbaycan ərazilərinə dair Osmanlı təhrir dəftərləri tədqiq edilir

Son 10 ildə Prezidentin sərəncamları əsasında Naxçıvana 688 milyon manatdan çox vəsait ayrılıb

“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb

“Avro-2024”: İsveçrə millisinin ilkin heyəti bəlli olub

Taliblər Əfqanıstanda məktəbdə 79 qadının zəhərlənməsini təsdiqləyiblər

ƏAİZ sədri: Logistika və nəqliyyat xidmətlərinə olan ehtiyacları qarşılamaqla yanaşı, nəqliyyat-logistika mərkəzləri yaradırıq

Sərhədçilər qarlı havada xidməti vəzifələrini şərəflə yerinə yetirirlər FOTOLAR VİDEO

Pedaqoji Universitetdə “Heydər Əliyev dərsləri” davam edir

İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı plenar iclasa tövsiyə olunub

“Avropanın mədəniyyət paytaxtı” Liepayada “Azərbaycan Günü”

Lerikdə uçqun olub, Çayrud kəndinə gedən yol bağlanıb FOTO

Bakı Elm Olimpiadası: Məktəblilərin tətbiqi elmlərə marağı artır

DYP: Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

Bakıda atletika üzrə lisenziya xarakterli ölkə çempionatı start götürüb

Yanğın təhlükəsizliyi ilə bağlı növbəti regional müşavirə keçirilib

Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib

® “Ziraat Bank Azərbaycan” “Fintex Sammit 2024” tədbirində mükafatla təltif edilib

CAR-da çökən binada xilasetmə işləri yekunlaşır

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub: 16 nəfər 300 bal toplayıb

Qobustan və Şamaxı rayon sakinlərinin müraciətləri dinləniləcək

XRİTDX-nin əməkdaşları AzTU-nun tələbələri üçün növbəti ustad dərsi keçiblər

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək şagirdlər məlum olub

Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti 120 milyon funt sterlinq artıb

“Kinomuzu yaradanlar, yaşadanlar” layihəsində növbəti film – “Böyük dayaq”

Azərbaycanın Baş prokuroru Düşənbədəki görüşlərdə həmkarlarını Qarabağdakı bərpa və quruculuq işləri barədə məlumatlandırıb

BMT-Azərbaycan münasibətləri müzakirə olunub

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb

Azərbaycan Dillər Universitetində Koreya haqqında viktorina keçirilib

AZƏRTAC-ın baş buraxılış redaktoru BDU-nun Jurnalistika fakültəsinin tələbələri üçün təlim keçib

MDU-nun nümayəndə heyəti Qazi Universitetinin rektoru ilə görüşüb

Azərbaycan və Serbiya icbari tibbi sığorta sahəsində əməkdaşlıq edəcək

Vladimir Putin: Rusiyanın Xarkovu tutmaq planı yoxdur

Pedaqoji Universitetdə professor Buket Ağqoyunlunun ustad dərsi təşkil olunub

Tezliklə insulin iynələri əvəzləyərək həb şəklində buraxılacaq

Bütün dövlətlərin daxili işlərinə qarışan Fransa təhlükəsizlik yastığını daha makro hesab edir - ŞƏRH

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlanıb

AMB-də Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 22 hərrac keçirilib

Qazaxıstan Xəzər dənizi ilə daşımaların həcmini artırır

Yağışlı hava şəraitinin mayın 21-dək davam edəcəyi gözlənilir

İndoneziyada Semeru vulkanı gün ərzində beş dəfə püskürüb

Baş direktor: Yük gəmiləri limanda qaldıqları müddətdə havanı zəhərləyirlər

IAAR AzMİU-da 2 ixtisas, 1 ixtisaslaşma üzrə akkreditasiya aparıb

® “Usta Mənəm!” peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün “Holcim” şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Ukraynada hərbi xidmətdən yayınanlarla bağlı cəzalar sərtləşdirilib

Şəkidə “Uşaqların inkişafı – uğurlu gələcəyin təminatı” mövzusunda təlim təşkil edilib

Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilir