MƏDƏNİYYƏT
Tatarıstanın Xalq şairindən Azərbaycana önəmli dəstək
![Tatarıstanın Xalq şairindən Azərbaycana önəmli dəstək](/files/2020/3/1200x630/16046168321029220610_1200x630.jpg)
Bakı, 6 noyabr, AZƏRTAC
Qardaş tatar xalqının böyük ziyalılarından olan, Tatarıstanın Xalq şairi, Dövlət mükafatı laureatı, uzun illər Tatarıstan Dövlət Şurasının deputatı, Komitə sədri və Rəyasət heyətinin üzvü olmuş Razil Vəliyev Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini azərbaycanlı dostları ilə bölüşüb.
AZƏRTAC görkəmli Xalq şairinin ürək sözlərini oxucularla paylaşır:
“Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycanlılar bizim qardaşlarımızdı, bizi damarlarımızdan axan qan birləşdirir. Biz Sizin uğurlarınıza və qələbələrinizə sevinirik. Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq.
Azərbaycan bu gün özünün suverenliyi, Vətənin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir!
Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk”.