Tbilisi beynəlxalq aeroportunda yoxlama sistemi təkmilləşdirilir
Tbilisi, 17 fevral, AZƏRTAC
Gürcüstanın Ş.Rustaveli adına beynəlxalq hava limanında baqajın yoxlanılmasında yeni müasir və etibarlı sistem tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi beynəlxalq aeroportundan məlumat verilib.
Bildirilib ki, fevral və mart aylarında baqaj karuselləri bir neçə gün işləməyəcək. Lakin sərnişinlər heç bir diskomfort hiss etməyəcək və baqajın çeşidləmə zonalarına daşınmasına hava limanının əməkdaşları cavabdeh olacaq.
Hollandiyanın Vanderlande şirkəti tərəfindən aparılan işlər iki ay ərzində yekunlaşacaq.
Qeyd edək ki, Tbilisi hava limanının genişləndirilməsinə ehtiyac olması barədə əvvəllər də məlumat verilmişdi.
Hazırda gələcək illər üçün investisiya və inkişaf planları üzərində iş gedir.
Planda yeni terminalın tikintisi də var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]