Tbilisi, fövqəladə və səlahiyyətli səfir, professor David Aptsiauridən
Əziz İlham Heydər oğlu,
Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz əmin idik ki, Azərbaycan xalqı sabitlik, öz ölkəsinin çiçəklənməsi və firavanlığı naminə doğru seçim edəcəkdir. Çünki Siz xalqınızın həqiqi lideri və beynəlxalq aləmdə nüfuzlu siyasi xadim kimi bu məqsədlərə nail olmağın qarantısınız.
Siz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirirsiniz. Mən dahi dövlət xadiminin, böyük İNSANIN xatirəsi önündə baş əyirəm.
Təbii ki, seçkilərdə inamlı qələbəniz Sizin dostlarınız üçün xüsusi əhəmiyyət kəsb edir və qürur doğurur. Özümə şərəf sayıram ki, onların arasında mən də varam. Sizinlə səmimi görüşlərimizi tez-tez xatırlayıram, daimi diqqətinizə görə Sizə həmişə minnətdaram.
Sizə və gözəl ailənizə dərin hörmət və dostcasına ən xoş arzularla,
David Aptsiauri
Tbilisi, fövqəladə və səlahiyyətli səfir, professor